Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni kütləvi şəkildə tərk edən 9,5 milyon ukraynalının geri qayıtmasının vacib olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Fox News”a verdiyi müsahibədə deyib.
"Evlərini itirən və hazırda xaricdə olan 9,5 milyon insanın Ukraynaya qayıtmasına ehtiyacımız var. Onların sadəcə yaşamaq və ölkələrini qurmaq üçün Ukraynaya qayıtmalarını istəyirik" – deyə o qeyd edib.
Bizim.Media