Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sənətçi iki böyük əməliyyat keçirib və artıq iki aydır yataq xəstəsidir.
Qeyd edək ki, Əməkdar artist Firuzə İbadovanın 72 yaşı var.
Bizim.Media