Ağdam, Xocalı və Laçın sakinlərinə ŞAD XƏBƏR: Damazlıq heyvanlar paylanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ilk dəfə olaraq cins damazlıq heyvanların paylanılmasına start verilib.

Bizim.Media xəbər verir ki, proqram çərçivəsində ilk aktivlər – "Simmental" və "Holstein" cinslərinə aid inəklər Ağdam, Xocalı və Laçın rayonlarının sakinlərinə təqdim olunub.

Hər bir sakinə 2 baş cins damazlıq inək verilib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, proqram çərçivəsində heyvandarlıq zərfi üzrə bir ilkə imza atılır:

"İlk dəfə olaraq Azərbaycanda vətəndaşlarımıza 'Simmental' və 'Holstein' sortlarına olan cins inəklər təsərrüfatlarına veriləcək. Biz bunu ilk dəfə həm bu sortlarla başlayırıq, həm də ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə başlayırıq. Biz bu torpaqların potensialına böyük inam bəsləyirik. İlk olaraq 30 ailəmizə bu heyvanlar təqdim edildi".

H. Abbasov vurğulayıb ki, bu cinsdən olan heyvanlar xüsusi tövlə və baxım şəraiti tələb edir:

"Bu proses ciddi bir vaxt, əmək tutumlu işdir. Çünki bu 'Simmental' və 'Holstein' cinsinə olan heyvanlar tövlə şəraiti, baxım şəraiti xüsusi həssaslıq tələb edir. Ona görə də Aqrar Xidmətlər Agentliyinin komandası ilə bərabər monitorinqlər həyata keçirmişik, qiymətləndirmələr aparmışıq, ən uyğun olan təsərrüfatlara, ailələrə bu gün bu proses çərçivəsində bu aktivlər verildi. Xeyirli, bərəkətli olsun, vətənimizə, millətimizə uğur gətirsin".

Ağdam rayonunun Xıdırlı kəndində cins heyvanların verilməsi tədbirində bildirilib ki, cins damazlıq heyvanların paylanışına işğaldan azad edilmiş ərazilərdən başlanması təsadüfi deyil.

Çünki işğaldan azad edilmiş rayonlar yenidən canlanır, iqtisadiyyat bərpa olunur və yerli əhali öz işlərini qurur. Özünüməşğulluq proqramı isə bu yenidənqurma və dirçəliş prosesində bir dəstəkdir.

 

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə köçürülmüş şəxslərdən bugünədək 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət istiqamətləri üzrədir.


Cins heyvandarlıq üzrə aktivlərin təqdim edilməsi özünüməşğulluq proqramına cəlb olunan sakinlərin təsərrüfat fəaliyyətinin inkişafına, məhsuldarlığın artırılmasına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına dəstək məqsədi daşıyır.

Yeni zərf üzrə aktivlərin təqdim olunması növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kirayə üsulu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qaydalar DƏYİŞDİ

Kirayə üsulu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qaydalar DƏYİŞDİ

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq VƏFAT ETDİ

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq VƏFAT ETDİ

Firuzə İbadova iki aydır yataq xəstəsidir - Video

Firuzə İbadova iki aydır yataq xəstəsidir - Video

Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi

Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi

Zelenski nəhayət sülhə razılaşdı: “İşğal olunan torpaqlar da Rusiyada qalsın” - VİDEO

Zelenski nəhayət sülhə razılaşdı: “İşğal olunan torpaqlar da Rusiyada qalsın” - VİDEO

Azərbaycanda bu əməli edənlər 7 min manatdək cərimələnə bilər

Azərbaycanda bu əməli edənlər 7 min manatdək cərimələnə bilər

Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

Azərbaycanlı çobanın Ermənistana keçməsinin TƏFƏRRÜATI

Azərbaycanlı çobanın Ermənistana keçməsinin TƏFƏRRÜATI

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib

Altı il öncə bu gün – 21 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 21 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funt sterlinqi ötüb

Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funt sterlinqi ötüb

DİQQƏT! Köhnə tikililərdə GÖZLƏYƏN TƏHLÜKƏ - Bu evləri almağa tələsməyin

DİQQƏT! Köhnə tikililərdə GÖZLƏYƏN TƏHLÜKƏ - Bu evləri almağa tələsməyin

Ağdam, Xocalı və Laçın sakinlərinə ŞAD XƏBƏR: Damazlıq heyvanlar paylanılır

Ağdam, Xocalı və Laçın sakinlərinə ŞAD XƏBƏR: Damazlıq heyvanlar paylanılır

Rusiya ABŞ-a ilk dizel tankerini göndərir

Rusiya ABŞ-a ilk dizel tankerini göndərir

Bakıda yeni yol çəkilir - Nəqliyyat sıxlığını azaldacaq

Bakıda yeni yol çəkilir - Nəqliyyat sıxlığını azaldacaq

Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirildi – FOTO

Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirildi – FOTO

Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”

Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”

Kartdan-karta pul köçürmələri ilə bağlı ŞAD XƏBƏR

Kartdan-karta pul köçürmələri ilə bağlı ŞAD XƏBƏR

İcra başçısı üç vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

İcra başçısı üç vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb

Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşdü

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşdü

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Xocalının bu kəndlərində yaşayanlara sevindirici xəbər

Xocalının bu kəndlərində yaşayanlara sevindirici xəbər

End of content

No more pages to load

RADİO