Soyuducuda hansı qidanı hara qoymaq lazımdır?

Məhsulların soyuducuda düzgün yerləşdirilməsi onların təzəliyini daha uzun müddət qorumağa kömək edir. Qidanı nizamsız saxlamaq isə həm tez xarab olmasına, həm də texnikanın həddindən artıq yüklənməsinə səbəb ola bilər.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, soyuducuda hər bölmənin öz funksiyası var.

Məhsulların keyfiyyətini maksimum qorumaq üçün müxtəlif hissələrdəki temperaturu nəzərə almaq vacibdir.

Üst və orta rəflər

Burada temperatur ən stabil olur. Bu səbəbdən həmin rəflərə adətən aşağıdakılar qoyulur:

Kərə yağı, kolbasa və vetçina, şirniyyat və bişmiş məmulatlar, hazır yeməklər.
 

Meyvə və tərəvəz isə çox soyuqda tez dadını itirir. Onlar üçün adətən ayrıca qutu (+8 °C) nəzərdə tutulur. Belə qutu yoxdursa, onları yuxarı rəflərdə saxlamaq daha məqsədəuyğundur.


Pomidor, xiyar və təzə göyərti soyuqda dadını itirdiyi üçün soyuducudan kənarda saxlanması tövsiyə olunur. Amma alma, armud, kələm və gavalı +8 °C-də yaxşı qalır.

Aşağı rəflər və “təzəlik zonası”

Soyuducunun ən soyuq hissəsi aşağı rəflərdir – təxminən +2 °C. Burada ət, balıq və süd məhsulları saxlamaq daha uyğundur.
 

Bir çox modellərdə ayrıca bölmə də mövcuddur. Onun temperaturu 0–1 °C olur və burada ət, balıq və pendir uzun müddət yaxşı qalır. Bəzi soyuducularda bu temperatur –3-dən +3 °C-yə qədər tənzimlənə bilir.


Qapı rəflərində nə saxlamaq olar?

Soyuducunun qapısında temperatur +10 °C-yə qədər qalxa bilər. Bu səbəbdən süd və yumurtanı burada saxlamaq düzgün deyil – onlar daxili rəflərə yerləşdirilməlidir. Qapıda isə souslar, içkilər, mayonez, limon və əridilmiş pendirlər saxlamaq olar.

Dondurucu bölməsi

Dondurucunun tam dolu olması halında optimal temperatur –20…–25 °C-dir. Əgər az məhsul varsa, –16…–18 °C kifayətdir. Dondurucunu həddindən artıq doldurmaq olmaz, amma tam boş da saxlamaq məsləhət deyil, ən azı yarısı dolu olmalıdır ki, soyuq bərabər dövr etsin.

Temperaturu necə yoxlamaq olar?

Əgər süd tez turşuyursa və ya məhsullar çox isti və ya əksinə, donmuş görünürsə, soyuducunu sadə üsulla yoxlamaq olar. Bunun üçün spirtli termometri yuxarı rəfə 20 dəqiqəlik qoymaq kifayətdir. Sonra göstəriciləri digər zonalarla müqayisə etmək lazımdır. Temperatur normaya uyğun gəlmirsə və tənzimləmə kömək etmirsə, ustaya müraciət edilməlidir.(lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO