Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.

Ümumi dəyəri 84,3 milyon ABŞ dolları olan bu layihə "Azermash CP" və "Uzavtosanoat" SC şirkətləri tərəfindən həyata keçirilir.
 

"Artıq əsas hazırlıq işləri başa çatdırılıb: təchizatçılar müəyyən edilib, texnoloji avadanlıqların və istehsal xətlərinin sifarişi verilib", - o deyib və əlavə edib ki, yeni istehsal kompleksində, xüsusən də, "Chevrolet Cobalt" modelinin istehsalı təşkil olunacaq.


X. Teşabayev qeyd edib ki, müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Bundan sonra istehsal iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçəcək, bu da istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa və avtomobil çeşidlərinin genişləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, Hacıqabuldakı avtomobil istehsalı layihəsi Özbəkistan və Azərbaycan arasında sənaye kooperasiyasının ən uğurlu nümunələrindən biridir:

"2022-ci ildə "Chevrolet" avtomobillərinin və "Isuzu" avtobuslarının iriqovşaqlı yığımına başlanılması bu əməkdaşlığın yüksək potensialını təsdiqləyib və layihənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
 

Hazırda layihənin növbəti mərhələsinə - tam istehsal dövriyyəsinə malik zavodun tikintisinə start verilir. İkinci mərhələnin əsas vəzifələrindən biri istehsalın lokallaşdırma səviyyəsinin mərhələli şəkildə artırılmasıdır.


Azərbaycanda istehsal olunan komponentlərin istifadəsinin genişləndirilməsi, yerli təchizatçılar şəbəkəsinin yaradılması və daha mürəkkəb texnoloji proseslərin mənimsənilməsi nəzərdə tutulur. Bu, ölkə daxilində yaradılan əlavə dəyərin artırılmasına, əlaqəli sənaye sahələrinin inkişafına və müasir avtomobil istehsalı ekosisteminin formalaşdırılmasına töhfə verəcək".

Qeyd edək ki, bu günədək Hacıqabulda fəaliyyət göstərən müəssisədə 9 mindən çox avtomobil yığılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Neftin qiyməti 91 dolları ötdü

Neftin qiyməti 91 dolları ötdü

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

End of content

No more pages to load

RADİO