BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

“Azərbaycanda sosial media ilə bağlı yeni tələblər” Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müzakirə edilib.

Bizim.Media xəbər verir ki, çıxış edən Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev ölkədə yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkə platformasının provayderlərinin fəaliyyətinə dair yeni qaydaların müəyyənləşdirilməsi barədə məlumat verib.

Bildirib ki, dəyişiklik qüvvəyə mindikdən sonra siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi platformalarda 16 yaşı tamam olmamış şəxslərin fərdi rəqəmsal hesablar yaratmasına yol verilməyəcək.

16-18 yaş arası uşaqlar üçün isə fərdi rəqəmsal hesab valideynin və ya qanuni nümayəndənin razılığı əsasında yaradıla biləcək.

Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zifəroğlu yeni tələblərin sosial şəbəkə platformalarının məsuliyyətini artırmasına toxunub. Bildirib ki, platformalar uşaqların hüquqları ilə bağlı təhlükəsizlik standartlarını gücləndirməlidir. Bununla yanaşı, yaş məhdudiyyətlərinin səmərəli tətbiqi təmin olunmalıdır.
 

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli müzakirəyə çıxarılan məsələnin önəmini xüsusi vurğulayaq qanunvericiliyə edilən dəyişiklikləri ölkədə rəqəmsal təhlükəsizlik siyasətinin yeni mərhələsinin başlanğıcı adlandırıb.


Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova sözügedən dəyişikliklərin yalnız hüquqi tənzimləmə deyil, həmçinin maarifləndirici əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Əlavə edib ki, artıq valideynlər rəqəmsal mühitdəki riskləri daha yaxşı anlayacaq, uşaqlar isə internetdən təhlükəsiz və məsuliyyətli istifadəyə vərdiş edəcəklər.

Yeni media və kommunikasiya kafedrasının müdiri, dosent Xatirə Hüseynova isə çıxışında istənilən texnoloji alətin faydalı ola biləcəyini, lakin əsas məsələnin ondan düzgün istifadə etməyi bacarmaq olduğunu diqqətə çatdırıb.

Siyasi elmlər doktoru, professor Sabir Məmmədli isə informasiya sahəsində birliyin əhəmiyyətindən danışıb.

Həmçinin sosial şəbəkələrin Azərbaycanın əldə etdiyi uğurlarda, o cümlədən informasiya müharibəsində qazanılan qələbədə mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova müasir dövrdə insanların əsas informasiya mənbələrindən biri olan sosial medianın operativ informasiya məkanı rolunu oynamaqla yanaşı, dezinformasiyanın yayılmasında da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
 

Qeyd edib ki, artıq uşaqlar ibtidai sinif yaşlarından etibarən sosial şəbəkələrdə hesab açmağa maraq göstərirlər və bu səbəbdən onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması vacibdir.


Müzakirə çərçivəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Pərvanə İbrahimovanın yeni çap edilən “Sosial media” adlı dərs vəsaitinin təqdimatı olub. Çıxış edənlər təqdim olunan nəşrin önəmini xüsusi vurğulayıblar. Bildiriblər ki, müasir media mühitində bu kimi vəsaitlər tələbələrlə yanaşı, media nümayəndələri üçün də faydalı mənbədir.

Kitabda sosial medianın təsiri ilə meydana çıxan narsizm, kiberzorakılıq, nifrət nitqi, virtual kimliklər, nəzarət və müşahidə kimi yeni anlayışlara da yer verilməsi xüsusi əhəmiyyət daşıyır.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

“Aşk-ı Memnu”nun Azərbaycan cəmiyyətinin başına açdığı OYUN

ŞƏT liderlərinin Bişkəkə gəldiyi təyyarələr – SİYAHI

ŞƏT liderlərinin Bişkəkə gəldiyi təyyarələr – SİYAHI

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Neftin qiyməti 91 dolları ötdü

Neftin qiyməti 91 dolları ötdü

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

End of content

No more pages to load

RADİO