Rusiyanın beynəlxalq arenadakı əsas səsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.
Bizim.Media xəbər verir ki, bu barədə "Die Weltwoche" nəşrinə müsahibəsində Kreml rəsmisi Dmitri Peskov bildirib.
Nəşrin jurnalisti mətbuat katibini Rusiya tərəfinin mövqeyini çatdıran əsas şəxs adlandırıb.
Peskov bu fikirlə razılaşmayıb və vurğulayıb ki, ölkədə Mosvkanın mövqeyini bəyan edən çox sayda insan var.
"Rusiyanın əsas səsi isə Prezident Putindir", - deyə Peskov əlavə edib.
Kreml rəsmisi eyni müsahibədə heç vaxt siyasətə cəlb olunmadığını, sadəcə dövlət qulluqçusu olduğunu da bəyan edib.
Bizim.Media