Ən yaxşı məktəblər AÇIQLANDI

Gəncə-Daşkəsən regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, "AzEdu.az"ın məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Gəncə şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 3612 şagird bitirib, onların 3606 nəfəri buraxılış imtahanında iştirak edib.

Şəhər məzunlarının 329 nəfəri 500-dən, o cümlədən 105 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey daxil edilib. Şəhərin ən yaxşı məktəbləri sırasında isə 4 və 11 nömrəli tam orta məktəblər qeyd olunub.
 

Goranboy rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1080 şagird bitirib, onların 1076 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 79 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 3 nömrəli şəhər və N.Aslanov adına Tapqaraqoyunlu kənd tam orta məktəbləri daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə T.Sadıqov adına Faxralı kənd tam orta məktəbi göstərilib.


Göygöl rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 754 şagird bitirib, onların 753 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 41 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Texniki və təbiət fənləri təmayüllü lisey daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə 3 nömrəli şəhər və Üçtəpə kənd tam orta məktəbləri yer alıb.

Daşkəsən rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 168 şagird bitirib, onların 167 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayon məzunlarının 8 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbi sırasında 2 nömrəli şəhər tam orta məktəbi qeyd olunub. Respublika üzrə yaxşı məktəblər siyahısında isə rayonun heç bir təhsil müəssisəsi yer almayıb.

Naftalan şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 111 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il qəbul imtahanlarında 3 məktəbin məzunları iştirak etsə də, respublika üzrə yaxşı məktəblər və ya şəhərin ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd olunmayıb.

Samux rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 587 şagird bitirib, onların 583 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayon məzunlarının 36 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında S.Əliyev adına Samux şəhər 2 nömrəli tam orta məktəbi qeyd olunub. Respublika üzrə yaxşı məktəblər siyahısında isə rayonun heç bir təhsil müəssisəsi yer almayıb.
 

Beləliklə, Gəncə-Daşkəsən regionu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Gəncə şəhəri (329 nəfər) ilk sırada qərarlaşıb. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Gəncə, Goranboy və Göygölün təhsil müəssisələri yer alıb.


Bununla yanaşı, Daşkəsən və Samuxda da yüksək nəticə göstərən məktəblər fərqləndirilib. Naftalan şəhərində isə bu il respublika üzrə yaxşı məktəblər və şəhərin ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Neftin qiyməti 91 dolları ötdü

Neftin qiyməti 91 dolları ötdü

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

End of content

No more pages to load

RADİO