Deputat bu universitetləri TƏNQİD ETDİ – “Tələbələrə və valideynlərə problem yaradırlar”

Artıq universitetlərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb. Mövcud qaydalara görə qeydiyyat yalnız Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında elektron formada aparılmalıdır. 

Aparıcı universitetlərin böyük əksəriyyəti kağızdan və paralel qeydiyyatdan imtina ediblər. Hətta regionlarda olan universitetlərin də böyük əksəriyyəti qeydiyyatı yalnız Nazirliyin platformasında elektron formada aparılamsı haqqında elanlar verib. Bu universitetlərin rektorlarının səlahiyyət verdiyi əməkdaşlar yeni tələbələrlə bağlı bütün datanı Nazirliyin elektron sisteminə daxil olaraq bir anda əldə edə bilirlər. Amma təəssüf ki, hələ də paralel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlər var.

Universitetlərin kağız sənəd tələbi nə dərəcədə doğru yanaşmadır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Ceyhun Məmmədov deyir ki, elm və texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə, cənab Prezidentin E-hökumətlə bağlı bütün tapşırıqlarına baxmayaraq bəzi universitetlər elektron sistemə keçməyiblər:

“Sənədləri elektron qaydada deyil, kağız formatında tələb edirlər. İKT-nın sürətlə inkişaf etdiyi və hökumətin bu sahədə apardığı davamlı siyasət müqabilində bəzi universitetlərin hələ də kağız sənəd tələb etməsi təəssüf doğurur. Bu ictimai anlaşılmazlıqla yanaşı, tələbələr üçün də ciddi problem yaradır. Bu reallıqdan təkcə tələbələr yox, valideynlər də ciddi əziyyət çəkir.

Hesab edirəm ki, bu və digər səbəblərə görə biz kağız sənədləşmələrindən birdəfəlik imtina etməliyik.
 

Bütün sahələrdə, o cümlədən universitetlərdə sənədlərin qəbulu elektron qaydada aparılmalıdır. Bu vaxta qənaət baxımından da önəmlidir. Üstəlik, bu tələbələr arasında yeni vərdişlər mühiti yarada bilər.


Elektron sənəd dövriyyəsi həm də yenilikləri mənimsəmək baxımından çox önəmlidir. Ona görə də hesab edirəm ki, bu məsələ xüsusi diqqətə alınmalı və problem ən qısa zamanda öz həllini tapmalıdır. Axı müasir dünya bu sistemlə çalışır. Biz də özümüzü müasir dümyanın bir parçası hesab ediriksə, o zaman innovativ çağırışlarla ayaqlaşmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO