Sosial şəbəkələrdə MARKETİNQ OYUNU – Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?

Sosial şəbəkələrdə geniş yayılmış və istifadəçilərin çox zaman narazılığına səbəb olan  problemlərdən biri istənilən sahədə satışla bağlı paylaşımlarda qiymətin açıq şəkildə göstərilməməsidir. Hər birimizin qarşısına çıxan və qiymətlə maraqlandıqda “+” işarəsi tələb olunan bu marketinq taktikası çoxumuzun da deyinməsinə səbəb olur.

“Qiymət deyəsən dövlət sirridir” tipli etiraz şərhlərini də mütəmadi olaraq görmək mümkündür. Bu, ilk növbədə maraq oyatmağa hədəflənib. Satıcılar qiyməti gizlədərək maraqlanan şəxsin birbaşa mesaj yazmasına və ya əlaqə saxlamasına nail olmaq istəyir və çox zaman da hədəfinə çatır.

Marketoloq Malik Səfərov Bizim.Media-ya bildirib ki, sosial şəbəkədə xüsusi mexanizmlərlə alıcının diqqətini çəkmək üsulları marketinq fəaliyyətinin müəyyən bir hissəsini təşkil edir.

Bu üsulla pulu olmayan da qiymətlə maraqlanır

“Bu, təkcə bir qrup insanların deyil, həm də sosial motivasiya edərək dijital metodlarla ətrafdakı insanların da diqqətini cəlb etməkdir. Bu zaman cəlb olunan adamların başqa tanışlarını da bu istiqamətə yönləndirilməsi mümkün olur. Sosial mediada reklamın təşkil olunmasının əsas məqsədi bundan ibarətdir. Ümumiyyətlə sosial şəbəkələrin reklam gücü hər kəsə məlumdur. Məsələn, avtomobil reklamını və satış təklifini elə cazibəli edə bilərlər ki, pulu olmayan adam da qiymətlə maraqlana, yaza bilər”.

Ekspert deyir ki, sosial media reklamı, hədəf auditoriyasının böyük hissəsinə çatmaqda və müştərilərlə əlaqə qurmaqda ənənəvi reklamdan üstündür. Həm də sosial media reklamları vizual olaraq cəlbedicidir. İstər şəkil, istər video formatda dərhal diqqəti cəlb edir. Burada istifadə olunan başlıq xüsusi effektiv gücə malikdir. Bundan başqa, “indi alış-veriş edin, daha çox qazanın”, “ətraflı məlumat əldə etmək üçün əlaqə saxlayın”, “yararlanmaq üçün qeydiyyatdan keçin” kimi CTA-lar (Call-To-Action – izləyicini hərəkətə keçməyə həvəsləndirən xəbərdarlıq) əhəmiyyətli dərəcədə təsir göstərə bilir.

Qiymətin gizlədilməsi alıcıya görə dəyişə bilərmi?

M.Səfərov qiymətin alıcıya görə fərqli təklif olunmasını qeyri-peşəkarlıq hesab edir.

“Alıcının məlumatlı və ya naşı olduğunu müəyyənləşdirib buna uyğun qiymət təklif olunması qeyri-rəsmi satışlarda, yaxud kiçik, fərdi bizneslərdə ola bilər. Yəni brendinə, fəaliyyətinə hörmət edən şirkət belə addım atmaz. Bəzən rəqabətdən qorunmaq üçün də qiymət fərdi olaraq deyilir. Yəni rəqib şirkətin eyni məhsulu daha ucuz qiymətə təqdim etməsinin qarşısını almaq üçün qiymət açıq qoyulmur”.

Qiymət gizlədilməsinin vergidən yayınmaqla əlaqəli ola biləcəyi ehtimalına gəlincə, ekspert bildirir ki, qiyməti açıq deyil, yalnız şəxsi mesajla aparmağın vergidən yayınmağa hesablanması ağlabatan deyil. Çünki onsuz da satışdan vergi ödənilir. İstənilən halda qiymətin açıq şəkildə göstərilməsi daha şəffaf və etibarlıdır.

Qeyd edək ki, bir çox Avropa ölkələrində sosial platformada məhsul reklamlarının qiymətinin açıq göstərilməsi məcburidir. Əks təqdirdə, bu, istehlakçının aldadılması və qeyri-şəffaf ticarət praktikası kimi qiymətləndirilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

End of content

No more pages to load

RADİO