Bu ailələrə hər uşaq üçün 140 manat ÖDƏNİLƏCƏK – Müraciət etmək QAYDASI - FOTO

“Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çox uşağlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırıldı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, qanunvericiliyə əsasən bu müavinət beşdən çox uşaqı dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur.

“Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.

Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, ananın beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir.
 

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.


Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir.

Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də çox uşaqlı ailə anlayışına yenidən baxılması və çox uşaqlı ailələr üçün uşaqların sayının mərhələli şəkildə beşdən üçə endirilməsi ilə bağlıdır”, - deyə deputat qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO