Seyfəddin Hüseynli: “Qardaşlarımın bədənlərindəki izlər dəhşətli işgəncələrdən xəbər verir” - FOTO

“İstintaq orqanlarının işinə qarışa bilmərəm, amma gözümün şahidiyəm və qardaşlarımın nəşinin vəziyyətini çox böyük ağrı hissilə qarşıladım. Onların bədənindəki çoxsaylı öldürücü izlər göstərdi ki, qardaşlarım olmazın işgəncələrlə bu vəziyyətə salınıblar. İnanıram ki, bu işdə nəyə nail olsaq, dövlətimizin gücü sayəsində mümkün olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib. O, çox qısa zamanda qardaşlarının cənazələrinin ölkəyə gətirilməsində qətiyyət göstərən dövlətə də öz təşəkkürünü bildirib:

“Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, çox ciddi addımlar atıldı. Qısa bir zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılaşmasında bir izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər. Ondan sonra Azərbaycanda təşkil olunan yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı. Nəşlərin tanınmasında mən özüm birbaşa iştirak elədim”.

Seyfəddin Hüseynli qeyd edib ki, Rusiya tərəfinin bu hadisə ilə bağlı ilk gündən verdiyi yalan açıqlamalar təssüf doğurur:

“Bundan sonrakı istintaq orqanlarının işidir. Mən sadəcə onu deyə bilərəm ki, bu məsələ ilə bağlı gerçəklərin ortaya çıxması üçün, bütün imkanlar səfərbər edilib. Hələki doğma Mərzili kəndinə qayıtmağa imkanımız olmadığı üçün, vida mərasimi Ağcabədidə olacaq. Vida mərasimi keçirildikdən sonra, cənazə namazı qılınacaq. Ondan sonra qardaşlarım atam, anam, yaxınlarımızın dəfn edildiyi məzarlıqda torpağa tapşırılacaqlar”.

Seyfəddin Hüseynli sözügedən faciəli hadisədə ciddi xəsarət alanlardan da danışıb:

“Onların bir qismi hələ də təcridxanadadılar. Onların barəsində uydurma bir məhkəmə prosesi keçirilir. Aralarında qardaşım 61 yaşlı Səfərov Zakir Mehdi oğlu da var. Ona məhkəmə tərəfindən verilən 72 saat müddətin artıq başa çatmasına baxmayaraq, hesab edirəm ki, çıxması üçün, süni maneələr yaradılır. Ümidvaram ki, belə olmaz. Amma açıq da deyim ki, ümidim azdır".




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO