Ən çox can alan xəstəlik açıqlandı - Minlərlə insan bu səbəbdən HƏYATINI İTİRİR

Əhali arasında ölümün səbəbləri açıqlanıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bütün xəstəliklərdən ölənlərin sayı 2024-cü ildə 58 min 909 nəfər olub. Bildirilib ki, bu say 2023-cü ildə 60 min 150 nəfər təşkil edib.

Həm 2023-cü ildə, həm də ötən il ölənlərin çoxu qan dövranı sisteminin xəstəliklərindən vəfat ediblər. Belə ki, 2023-cü ildə 33 min 183, 2024-cü ildə isə 33 min 289 nəfər qan dövranı sistemi xəstəliklərinin qurbanı olub. İki il ərzində bu xəstəliklərdən ölənlərin sayı artıb.

İnsanların ölümünə daha çox səbəb olan ikinci xəstəlik isə yenitörmələrdir. Məlumata görə, yenitörəmələrdən 2023-cü ildə 9 min 818, 2024-cü ildə isə 9 min 681 nəfər ölüb.

Bəs qan dövranı sistemi xəstəlikləri hansılardır və insanlar daha çox nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə mütəxəssis, professor Adil Qeybulla deyib ki, bu gün bütün dünyada ürək qan dövranı sisteminin xəstəlikləri birinci yerdə durur:

“Bununla bağlı ölüm halları da ilk yerdədir. Hazırda insanlar arasında həddən artıq qida qəbulu, qida rasionunun dəyişməsi, az hərəkətlilik, bədəndə maddələr mübadiləsinin pozulması çox geniş yayılıb. Hər şeyin avtomatlaşdırılması hərəkətin məhdudlaşdırılmasına gətirib çıxarır ki, bu da mübadilə prosesinin pozulmasına səbəb olur.

Ümumiyyətlə, ürək damarlarında kirəcləşmə, ateroskleroz, damarlarda ateromanın əmələ gəlməsi, son nəticədə infakt, insultların sayının artmasına səbəb olur. Ona görə də ürək-damar xəstəlikləri bu gün dünyada birinci yeri tutur”.

Həkim bildiirb ki, hazırda ürək-damar patologiyasının cərrahlığında çox böyük irəliləyişlər var:
 

“Birincisi, ürək damarlarının angioplastikası, stendləmə, şuntlama, bundan başqa, ürək dəyişdirilməsi, damarların əməliyyatları, protezləşmə və s. kimi əməliyyatlar bu xəstələrin dadına çatır. Onların ömrünü uzaltmağa xidmət edir. Bütün bunlara baxmayaraq, xəstələnmə və ölüm halları bu xəstəliklərdə birinci yerdə qalır.


Hesab edirəm ki, kütləvi sağlamlaşdırma proqramları olan ölkələrdə bu xəstəliklərin sayı nisbətən azdır. Biz də genefondu qorumaq, həm qida mədəniyyətinin sağlamlaşdırılması üçün əhali arasında təbliğatı artırmalı və  kütləvi sağlamlaşdırma proqramını həyata keçirməliyik. Bura kütləvi idman, qaçışlar aiddir. Əhali arasında daim təbliğatın aparılması ciddi rol oynayır Yəni bu, çox vacib bir məsələdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

Somali sahillərində tanker qaçırılıb

Somali sahillərində tanker qaçırılıb

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

End of content

No more pages to load

RADİO