Ən qarınqulu 4 BÜRC

Dadlı yemək əksər insanlar üçün sadəcə zövq deyil, həm də gündəlik həyatın ayrılmaz bir hissəsidir. Amma elə insanlar var ki, onlar üçün yemək adətən sadə bir ehtiyac deyil, sanki bir ehtirasa çevrilib. Astroloqlar hesab edir ki, bürclərin təsiri ilə bəzi şəxslər yeməyə daha çox bağlanır, onu emosional rahatlıq mənbəyi kimi qəbul edirlər.

Bizim.Media “Yenisabah.az”a istinadən yeməyə qarşı xüsusilə həssas olan və “qarınqulu” adlandırıla biləcək 4 bürcü təqdim edir:

Qoç – ləzzət axtaran sərgüzəştçilər

Qoçlar yeməkdən zövq almağı bacaran və daim yeni dadların axtarışında olan bürclərdəndir. Onlar üçün adi yeməklər maraqsızdır, fərqli və qeyri-ənənəvi mətbəx nümunələrini sınamaqdan zövq alırlar. Şirniyyata xüsusi maraqları var. Qoçlar tez-tez yeni desertlər sınaqdan keçirir və yemək prosesini əyləncə kimi qəbul edirlər.

Balıqlar – ruhunu yeməklə sakitləşdirənlər

Balıqlar üçün yemək həm emosional tarazlıq, həm də dinclik deməkdir. Onlar əhval-ruhiyyələrindən asılı olaraq yeyirlər – bəzən sevinəndə, bəzən də kədərlənəndə yeməyə üz tuturlar. Tez-tez axşam saatlarında salat və ya kartof qızartması ilə televizor qarşısında dincəlmək onlara xüsusi rahatlıq verir. Balıqlar yeməkdə seçici deyillər, əsas odur ki, ləzzətli olsun.

Xərçəng – hər yeməyə duyğu yükləyənlər

Xərçənglər yeməyi sadəcə qida deyil, həm də sevgi, qayğı və nostalji ilə bağlayırlar. Onlar üçün bişirilən hər yemək sanki kiçik bir bayramdır. Yemək bişirməyi də sevirlər, lakin ilk növbədə özləri üçün hazırlayırlar. Ailəsinə və yaxınlarına da yemək bişirməklə sevgilərini ifadə edirlər. Tez-tez qəlyanaltılar yeməyə meylli olduqları üçün artıq çəki problemi ilə üzləşə bilərlər.

Buğa – dad həzzinin həqiqi dəyərini bilənlər

Buğa bürcü yeməyi həm fiziki rahatlıq, həm də zövq mənbəyi kimi qəbul edir. Onlar az-az, amma tez-tez yeməyə üstünlük verirlər.
 

Oturaq həyat tərzi və yeməyə olan maraq səbəbilə Buğalar da artıq çəkidən əziyyət çəkə bilərlər. Boş vaxtlarını çox vaxt televizor qarşısında keçirirlər və bu zaman ləzzətli qəlyanaltılar onlara yoldaşlıq edir. Onlar yeməyi sənət kimi qiymətləndirir və hər tikmədən zövq almağı bacarırlar.


Bu bürclər üçün yemək sadəcə aclığın aradan qaldırılması deyil – həyatın ləzzətli bir tərəfidir. Onların zövqünə və mətbəxə olan sevgisinə biganə qalmaq çətindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötənilki abituriyentlərlə müqayisədə NƏTİCƏLƏR nə qədər dəyişib? - AÇIQLAMA

Ötənilki abituriyentlərlə müqayisədə NƏTİCƏLƏR nə qədər dəyişib? - AÇIQLAMA

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

“Tanış olduqdan 6 ay sonra evlənmək lazımdır”

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

Somali sahillərində tanker qaçırılıb

Somali sahillərində tanker qaçırılıb

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

End of content

No more pages to load

RADİO