Tarixi Zəfərə APARAN YOL - Qalib ordunun möhkəm təməlləri NECƏ ATILDI?

İyunun 26-da xalqımız Müzəffər Azərbaycan ordusunun yaranmasından 107-ci ilini qeyd etməyə hazırlaşır. Son 5 ildə bu günü böyük qürur və fəxarətlə qeyd edirik. Çünki Azərbaycan ordusu üzərinə düşən vəzifəni böyük hünərlə icra etdi və torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Ənqürurverici məqamsa odur ki, ordumuz bu müqəddəs vəzifəni cəmi 44 gündə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi tarixə ən sürətli nəticənin əldə olunduğu savaşlardan biri kimi düşdü.

Acı reallıqlar, dəhşətli mənzərə

İkinci dəfə müstəqilliyini qazananda Azərbaycan çox böyük çətinliklərlə üz-üzə idi. Sosial-iqtisadi dəyişiklik, yeni sistemə tarnsformasiya və digər səbəblər azmış kimi bədnam qonşularımız beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan torpaqlarında ikinci bir erməni dövləti yaratmağa çalışırdı. Təbii ki, bunun üçün də Ermənistan xarici güclər tərəfindən hər cür hərbi və siyasi dəstək verilirdi.

Bu qədər məkrli və böyük planın qarşısında isə Azərbaycan sadəcə təklənmiş və çarəsiz idi. Könüllülərdən ibarət batalyonlar və milis dəstələri müstəqilliyimizin ilk aylarında təkcə Ermənistanın yox, eyni zamanda xarici muzdlular və SSRİ ordusunun qalıqları ilə üz-üzə gəlmək məcburiyyətində qaldı. Xarici dəstəyi və güclü maddi-texniki bazası olan Ermənistan ordusu qarşısında heç bir peşəkarlığı və normal təchizatı olmayan könüllü dəstələri və tabel silahı ilə milis əməkdaşları böyük qəhrəmanlıqla müqavimət göstərdilər. Lakin vəziyyət olduqca qeyri-bərabər idi. Ona görə də Rus qoşunlarının biləvasitə yardımı ilə ermənilər 2 il ərzində 20 faiz ərazilərimizi işğal etdi. Bu ordumuzun ilk və ən ağır sınaq dövrü oldu.

O günləri xatırlamaq belə dəhşətlidir...

Hər gün bir kəndimiz, bir yaşayış məntəqəmiz işğal olunurdu. Üstəlik ölkədə vətəndaş qarşıdurması yaşanırdı. Siyasi hakimiyyətlə hərbi müxalifət üz-üzə dayanmışdı.

Belə ağır bir vaxtda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin ilk hədəfi vətəndaş qarşıdurmasının qarşısını almaq oldu.

 

İkinci hədəfsə qeyri-bərabər döyüşdə məğlubiyyətlər seriyasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərgörmək idi. 1993-cı ilin sonlarında və 1994-cü ilin yazında Azərbaycan ordusunun apardığı uğurlu döyüş əməliyyatları sayəsində düşmənin irəliləməsinin qarşısı alındı.


1994-cü ilin mayında Bişkek protokolu imzalandı. Həmin razılaşmaya əsasən, Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi. Nə qədər acı olsa da, bu o dövrün ən düzgün qərarı və böyük hərbi-siyasi uğuru idi.

Böyük Qələbəyə gedən yol

Təbii ki, atəşkəs Azərbaycan dövlətinə imkan verdi ki, ordu quruculuğuna əsaslı diqqət ayrılsın. Və təbii ki, bu işdə ilk yardımımıza çatan qardaş Türkiyə oldu. Bu məsələ ictimaiyyət üçün çox geniş şəkildə açıqlanmayıb. Amma hərbi ekspertlər bilir ki, 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Ümummilli lider Heydər Əliyevin təşşəbbüsü ilə Türkiyə ilə bir sənəd imzalanıb. Bu Türkiyə silahlı qüvvələrinin hərbi yardımı  və kordinasiya mərkəzinin yaradılması müqaviləsi idi. Məhz bu müqavilədən sonra Azərbaycan ordusu bütün sahələrdə Türkiyə ordusu, daha dəqiq desək NATO standartlarına uyğun şəkildə qurulmağa başladı. Bu da ordumuzun təkamül dövründə yeni bir dövrün başlanğıcı idi.

Azərbaycan gəncləri müasir hərbi sirləri öyrənmək üçün Türkiyənin qabaqcıl hərbi məktəblərinin müdavimləri oldu. Bununla paralel ölkəmizdə hərbi mütəxəssislərin hazırlanması üçün ali hərbi məktəb təsis edildi. Eyni zamanda ordunun maddi-texniki bazası gücləndirildi.

İlham Əliyev Ordu quruculuğuna ayırdığı xüsusi diqqət

Müasir ordu quruculuğunda Ali Baş Komandan İlham Əliyevin müstəsna rolu var. Məhz onun təşəbbüsləri ilə 2000-ci illərin əvvəllərindən etibarən ordu quruculuğu bütün aspektlərdə sürətli inkişaf dövrünə qədəm qoydu. Tədricən Azərbaycanda XXl əsr ordusu quruldu.

Bu ordu hərb sənayesinin ən son nailiyyətlərindən bəhrələnərək qurulmuşdu. Ona görə də 44 günlük müharibədə göstərdiyimiz döyüş taktikasını bütün dünya təəccübllə qarşıladı. Bu müharibə tarixə “ulduz müharibəsi”, və yaxud “PUA müharibəsi” kimi düşdü. Beləcə, Azərbaycan ordusu həm tarix yazdı, həm də işğal altında olan torpaqlarımız azad edildi. Bu da Azərbaycan ordusunun təkamülündəki üçüncü və ən şərəfli dövrü idi.

Lakin 44 günlük müharibəyə qədər də Azərbaycan ordusu artıq öz gücünü düşmənə göstərmək fürsəti qazanmışdı...

Böyük qələbənin əsas məşqi

Böyük qələbəyə gedən yolda ilk uğurlu addım 2016-cı ilin aprelində atıldı. Növbəti düşmən təxribatına qarşı Azərbaycan layiqli cavab verdi. 2 gün ərzində Füzuli-Cəbrayıl istiqamətində ordumuz böyük uğura imza atdı. Nəticədə hərbi strateji əhəmiyyətə malik olan Lələtəpə ordumuzun nəzarətinə keçdi. Bu yüksəkliyin azad edilməsi Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verirdi.Azərbaycanın Ali Baş Komandanı sonralar bu əməliyyatla bağlı danışarkən qeyd etmişdi ki, Lələtəpə tarixə düşdü:

“Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var”.

Uğurlu Lələ təpə əməliyyatının davamı da gələ bilərdi. Lakin qlobal güclər buna imkan vermədi. Tərəflər növbəti dəfə atəşkəslə bağlı razılığa gəldilər. Amma artıq Azərbaycan əsgərinin çəkmələri düşmən səngərinə dəymişdi. Bundan sonra onu saxlamaq çox çətin idi.

Biz Azərbaycan əsgərinin hünərini 2020-ci ilin iyulunda yenidən gördük. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş və Tovuz rayonları əraziləri boyunca döyüşlər başladı.

Bu döyüşlərdən sonra da iki tərəf arasında hərbi gərginlik davam etdi və 27 sentyabr 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynadı…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

End of content

No more pages to load

RADİO