“Rosqvardiya”nın azərbaycanlı idarə rəis niyə həbs edilib?

Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlükəsizlik idarəsinin rəisi, azərbaycanlı polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanılıb.

Bizim.Media xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsi ilə cinayət işi açılıb. Bu maddə ilə nəzərdə tutulmuş cəza 7 ildən 10 iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Zayeltsovski Məhkəməsi R.Qurbanov barəsində iki ay müddətinə həbs qərarı verib.
 

Rövşən Qurbanov 2017-ci ildən Rusiya Milli Qvardiyasının mühafizə bölməsinə rəhbərlik edib. Polkovnik buna qədər Novosibirsk mühafizə idarəsinin 1 saylı polis batalyonuna komandirlik edib. R. Qurbanovun tabeliyində olan şəxslərin himayəsində Sberbank, Aura ticarət mərkəzi, Mərkəzi bazar, Yupiter ticarət mərkəzi, Moskva ticarət mərkəzi, Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrı, Prezidentin Sibir Federal Dairəsindəki nümayəndəliyi, regional hökumət, Mərkəzi Bank filialının binası olub.


Rövşən Qurbanovun tərcümeyi-halında heç bir "qara ləkə" yoxdur. 1990-cı ildə Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Komandanlıq Məktəbinə, indiki Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Ordu generalı Yakovlev adına Novosibirsk Hərbi İnstitutuna daxil olub. 1995-ci ildə ailə problemlərinə görə ordudan gedib, iki il Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyində işləyib, sonra isə Rosqvardiyanın mühafizə xidmətinə keçib.

Rusiya mediası R. Qurbanovun adının bir neçə il əvvəl verdiyi sərəncamı da yada salır. Belə ki, o, tabeliyində olan işçilərin 200-dən çox ölkəyə tətilə getməsini qadağan edib. İnternetdə yayılan sərəncamında deyilirdi ki, Rosqvardiya işçiləri tətil üçün təhlükəsiz ölkələr seçməlidir. Qurbanovun sərəncamına görə belə yerlər yalnız Azərbaycan, Belarus, Vyetnam, İndoneziya (Bali adası), Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, BƏƏ, Tacikistan, Türkmənistan və Özbəkistan ola bilər.

Ona qarşı irəli sürülən ittikmda deyilir ki, R.Qurbanov aprelin sonunda "Lemana PRO" ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdiri ilə telefonla əlaqə saxlayıb və ondan şəxsi ehtiyacları üçün tikinti materialları tələb edib. Tikinti materiallarının dəyəri 293 min 434 rubl 60 qəpik olub.

Novosibirsk vilayət məhkəməsi dünən R.Qurbanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayəti rədd edib. O, iyulun 27-dək istintaq təcridxanasında qalacaq. Bu barədə Novosibirsk vilayətinin Ədliyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.

Yada salaq ki, ötən il Moskvada Rosqvardiyanın Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib. Rusiya Qvardiyasının rəhbəri vaxtilə prezident Vladimir Putinin cangüdəni olan Viktor Zolotov rəhbərlik edir. Vaxtilə Aleksey Navalnı öz saytında Rusiya Qvardiyasının şişirdilmiş qiymətlərlə ərzaq aldığını iddia edən "Rosqvardiyanın kartofu" adlı araşdırma dərc etmişdi. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

End of content

No more pages to load

RADİO