Şəki təsərrüfatlarında TƏHLÜKƏ – Meyvələri məhv edən XƏSTƏLİK yayıldı - FOTO

Yaz fəslinin gəlməsi və aramsız yağan yağışlardan sonra Şəki rayonunun bir neçə kəndlərinin ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər Şəkinin Çeşməli və Öryət kəndləri ərazisindəki iri meyvəçilik təsərüfatlarında bir sıra xəstəliklərin yayılması ilə bağlı məlumatlar yer alır. Xəstəliyin qeyri-sabit hava şəraitindən yaxud digər amillərdən baş verməsi hələlik bəlli deyil.  

Məsələni araşdırmaq məqsədi ilə Çeçməli kəndində olduq. Tingçilik sahəsində böyük və geniş təcrübəyə malik Nəfiə Əsədovanın təsərrüfatındayıq. Uzun illərin təcrübəsinə əsaslanan xanım bildirir ki, aprel və may aylarında əksər meyvə ağaclarının çiçəkləmə və bar vermə dövrüdür.

Elə ötən ay olduğu kimi bu günlərdə də vaxtaşırı olaraq yağış yağması ilk növbədə meyvə ağaclarına öz təsirini göstərir: 

“Bax gördüyünüz bu şaftalı ağacı məsələn tez xəstəliyə tutulur. İstər yağış olsun, olmasın 15-20 sm göyərdikdən sonra, onun yarpaqları başlayır qıvrılmağa” deyən təsərrüfat sahibi meyvə toxumlarından cücərən gələcək tinglərin də bəzilərində xəstəliklərin müşahidə edildiyini bildirir.


Nəfiə Əsədova davamlı yağışlar səbəbindən ağacların dərmanlanmasında da bir sıra çətinliklər yaşandığını bildirir.

Kəndin digər hissəsində yerləşən başqa bir təsərrüfata da baş çəkirik. 67 yaşlı Qüdrət Əhmədov ata-babadan meyvəçiliklə dolandıqlarını, ənənənin bu gün də davam etdirildiyini bildirir. Təsərrüfat sahibinin sözlərinə görə kəndlər qurunt suların cəmləndiyi məkanda yerləşdiyindən, eləcə də yağışların aramsız yağması bağlarda xəstəliklərə yol açır. Qüdrət Əhmədov onu da əlavə edir ki, ən başlıca qayğıları dərmanlara qarşı birgə mübarizənin aparılmamasıdır.


“Meyvə ağaclarında elə xəstəliklər var ki, onların heç dərmanla müalicəsi mümkün deyil. Gərək onu təmizləyib yandırasan. Tullamaqla da olmaz, çünki tullasan  o xəstəlik yayılır. Onlar gərək çıxarılıb yandırılsın və yenisi əkilsin. Dərmanlar da bu gün o effekti vermir. Deyiləndən 3 dəfə artıq dozada qatırsan yenə də xeyri yoxdur”- deyə Qüdrət Əhmədov fikrini belə əsaslandırır. 

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev Bizim.Media-ya bildirib ki, Şəki rayonunun ərazisində 8 min hektara yaxın meyvə və 307 hektar üzüm bağı var.


Bu bağların əksəriyyəti vətəndaşlara məxsus fərdi həyətyanı sahələrdədir. Keçirilən monitorinq zamanı bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericiləri müəyyənləşdirilib və feromon tələlər asılıb.

Tələt Mehdiyev qeyd edib ki, fermerlərin vaxtında tədbir görməsi ilə xəstəliyin də qarşısını almaq mümkündür:

“Havaların qeyri-sabit keçməsi digər kənd təsərrüfatı bitkilərində olduğu kimi meyvə və üzüm bağlarında əhəmiyyətli dərəcədə xəstəliklərin yayılmasına şərait yaradır. Monitorinq tədbirləri çərçivəsində hələ ötən ildən Qonur monilioz çürümə xəstəliyi aşkar edilib. Qeyd edim ki, mailioz xəstəliyi əvvəldən də Şəkidə müşahidə edilirdi və bir neçə növü var. Xəstəliyə qarşı fermerlər məlumatlandırılıb, aşkar olunan ərazilərdə mübarizə tədbirləri intensivləşdiriib və təhlükə aradan qaldırılıb”.


Tələt Mehdiyev digər kənd təsərrüfatı sahələrindən fərqli olaraq meyvə bağlarına il boyu qulluq göstərilməsinin vacibliyini də diqqətə çatdırırb. O, təsərrüfat sahiblərinə aqrotexniki tədbirlərlə bağlı tövsiyyələrə ciddi əməl etməli olduqlarını bildirib. Belə ki, fermerlər təsərrüfatlarında infeksiya mənbəyi olan tökülmüş meyvələrin, yarpaqların, həmçinin alaq otlarının sahədən kənarlaşdırılması, bitki diblərinin və cərgə aralarının dərin şumlanması, ağacların qurumuş budaqlardan, köhnə qabıqlardan təmizlənməsi, qışda bir dəfə sahənin bol suvarılması, yazda gövdələrin əhənglə ağardılması və sair işləri həyata keçirməlidir.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Daha bir serial eşqi gerçək oldu

Daha bir serial eşqi gerçək oldu

İrəvanın mərkəzində atışma – VİDEO

İrəvanın mərkəzində atışma – VİDEO

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Əməkdar artistin evində yanğın – VİDEO

Əməkdar artistin evində yanğın – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

Sabahın havası: 38 dərəcə isti olacaq

Sabahın havası: 38 dərəcə isti olacaq

End of content

No more pages to load

RADİO