Media diplomatiyasının YÜKSƏLİŞİ - Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏ

Kütləvi informasiya vasitələrinin hakimiyyətin dördüncü qolu adlandırıldığı məlumdur. Bu ifadə jurnalistikanın daxili siyasətdə rolunu vurğulamaq üçün istifadə olunur. Ancaq müasir dövrdə beynəlxalq münasibətlər sistemində medianın siyasi hadisələrin gedişatına təsiri danılmazdır.

Bunun nəticəsidir ki, media diplomatiyası anlayışı meydana çıxıb. Bu termin dövlətlərin rəsmi diplomatik kanallardan əlavə olaraq, jurnalistlər vasitəsilə öz mövqelərini, siyasi baxışlarını və milli maraqlarını beynəlxalq ictimaiyyətə çatdırması kimi ifadə edilir.

Media diplomatiyasının Azərbaycan nümunəsi

Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlərində jurnalistlərin iştirakı sadəcə protokol elementi deyil, eyni zamanda informasiya diplomatiyasının strateji alətidir. Azərbaycan mediasının informasiya diplomatiyasında rolu Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində bir daha özünü göstərdi.


Təbii ki, Azərbaycan media nümayəndələrinin bu cür beynəlxalq tədbirdə Prezident İlham Əliyevi müşayiət etməsi yalnız xəbərləri dəqiq və operativ çatdırmaq məqsədi daşımırdı. Bu, həm də Azərbaycanın siyasi və diplomatik mövqeyinin, regional reallıqlara dair yanaşmasının beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından vacib idi.

Rəsmi qarşılama mərasimində diqqətçəkən məqamlar

Mayın 16-da “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edən liderləri Albaniyanın Baş naziri Edi Rama qarşılayıb. Daha sonra isə bir sıra dövlət və hökumət başçıları jurnalistlərə yaxınlaşaraq onların suallarını cavablandırıblar. Bu məsələdə azərbaycanlı jurnalistlərin aktivliyi xüsusi ilə diqqət çəkib.


Belə ki, NATO-nun baş katibi Mark Rütte, Avropa Şurasının baş katibi Alen Berse, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen kimi nüfuzlu təsisatların liderləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Finlandiyanın Baş naziri Petteri Orpo kimi dövlət və hökumət başçıları Azərbaycan mediasının suallarını cavablandırıblar.

Qeyd edilməsi vacib olan məqamlardan biri də Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın İctimai Televiziyasına verdiyi eksklüziv açıqlamadır. Xüsusilə diqqətçəkən isə jurnalistin müraciətindən sonra Paşinyanın geri qayıdaraq sualları cavablandırması oldu. Bu, təkcə Paşinyanın siyasi mövqeyini nümayiş etdirmədi, eyni zamanda Azərbaycan mediasının beynəlxalq nüfuzunu və peşəkarlığını da ortaya qoydu.


Jurnalistlərin diplomatiya cəbhəsində rolu

Prezident İlham Əliyevin xarici səfərlərində media nümayəndələrinin iştirakı həm informasiya təhlükəsizliyi, həm də milli mövqelərin beynəlxalq auditoriyaya çatdırılması baxımından əvəzsiz rola malikdir. Bu həm də bəzi xarici dairələrin informasiya manipulyasiyası və saxta məlumatlar tirajlamaq cəhdlərini də böyük ölçüdə əngəlləyir. Beləliklə, həm ölkə ictimaiyyəti məlumatlandırılır, həm də beynəlxalq informasiya mühitində Azərbaycanın mövqeyi dəqiqliklə təqdim olunur.

Digər tərəfdən, yerli media nümayəndələrinin bu cür nüfuzlu beynəlxalq toplantılarda iştirak etməsi onların xarici rəsmilər və jurnalistlərlə münasibətlərinin formalaşmasına imkan verir. Bu isə gələcək perspektivdə informasiya mübadiləsi və Azərbaycanın siyasi mövqeyinin daha geniş auditoriyaya çatdırılması üçün vacib məqamdır.


Yəni, Albaniyada keçirilən Zirvə toplantısında da jurnalistlərin iştirakı təkcə müxbirlik funksiyasından ibarət deyildi. Onlar həm də Azərbaycan diplomatiyasının informasiya qanadını təşkil edirdilər.

Mətbuatımızın yeni inormasiya düzənindəki funksiyası

Xüsusi ilə qeyd etməliyik ki, Qarabağ müharibəsi və post-münaqişə dövrünün informasiya savaşı müstəvisində media nümayəndələrinin beynəlxalq səfərlərdə iştirakı, dünya liderlərinin Azərbaycan mediasının suallarını cavablandırması həm də bölgədə yeni informasiya düzəninin formalaşdığını göstərir.

Yeni informasiya düzəni şəraitində isə medianın rolu təkcə xəbəri çatdırmaqla bitmir. Artıq mətbuatımız informasiya təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda dezinformasiyanın qarşısının alınmasında və ictimai rəyin formalaşdırılmasında həlledici vasitəyə çevrilir...






Anar Tahirov, Bizim.Media informasiya portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO