Milli mətbəximiz dünyaya necə TANIDILIR? – FOTO

Turizm sektorunda tarix-mədəniyyət abidələrindən sonra milli mətbəximiz gəlir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki. Şəkinin bir çox məkanlarında yerli və xarici turistlərə milli mətbəximiz nümayiş etdirilir. Hətta bəzən xarici turistlərə mətbəximizdə hazırlanan müxtəlif xörəklər, məsələn südlü çörək, ya təndirdə bişirilən çörəklər, plovumuz master-klas şəklində təqdim olunur.


Təsadüfi deyil ki, son illər dünyada və ölkəmizdə qastronomiya turizmi istiqamətində çoxistiqamətli işlər həyata keçirilir. Qastronomiya turizminin inkişafı yalnız Azərbaycanın milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir.

Zəngin kulinariya ənənələrimizin dünyaya çatdırılması istiqamətində Şəkinin turizm sektorunda çalışan insanların əməyi az deyil. Uzun illərdir ölkədə ailə turizminin inkişafı istiqamətində iş aparan Şəkinin Kiş kənd sakini İlhamə Hüseynova və komandası milli-mətbəximizi xarici turistlərə master klaslarla təbliğ edirək tanıdır.

İlhamə Hüseynovanın sözlərinə görə Azərbaycan zəngin və qədim kulinariya ənənələrinə malikdir:


“Sirr deyil ki, ölkəmizin mətbəxi özünəməxsus dadları ilə seçilir. Bu gün bütün dünyada qastroturizm turizmin maraqlı və fərqli sahəsi kimi inkişaf etməkdədir. Dünya təcrübəsində qastronomik turların, eləcə də yeni dadların axtarışında olan turistlərin sayı artmaqdadır. Turistlər səfər etdikləri ölkənin milli mətbəx nümunələri ilə tanış olmaq, yeni dadlar kəşf etmək istəyirlər. Odur ki, qastroturizmin inkişaf etdirilməsi vacib istiqamət sayılır”.

Milli mətbəximizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirdiklərini deyən İlhamə Hüseynova qarşıdakı aylarda Avropa və Asiya ölkələrindən altı qrupun onlara müraciət edəcəyini bildirir:


“Pandemiyadan əvvəl bizə ən çox İsrail və ərəb ölkələrindən turislər gəlirdisə, son iki ildə Pakistan, Hindistan, Çin, Koreya və digər Asiya və Mərkəzi Asiya ölkələrindən daha çox qonaqlarımız olur. Gələn qonaqlarımıza da həmişəki kimi yüksək xidmət göstərilir və master klasslar təşkil olunur. Südlü çörək, qutabları, lobyalı plovun neçə hazırlanması və bir də ləpəli çörəyin hazırlanması və təqdimatıdır” .

Müsahibim onu da əlavə edir ki, qonaqlara sadalanan yenəklərlə yanaşı həm də digər xörklərimizin hazırlanması eləcə də milli bayramlarımız aşılanır. El adətləri barədə maraqlı məlumatlar verilir. Məsələn, Avropa ya MDB ölkələrindən elə turistlər var ki, ölkəmizə ikinci ya üçüncü dəfə səfər edir və xüsusi olaraq müxtəlif yeməkləri sifariş edirlər.


İlhamə Hüseynova onu da əlavə edib ki, Azərbaycanın zəngin təbiəti, əlverişli iqlimi, məhsuldar torpaqları burada yetişdirilən məhsulların təbiiliyinə, dadına, çeşidinə birbaşa təsir edir. Bu potensial ölkəmizin “qastronomiya ölkəsi” kimi də tanınması üçün geniş imkanlar yaradır. Bu mənada son vaxtlar xarici turistlər kənd həyatına, ocaqda hazırlanan milli-mətbəx nümunələrinə daha çox maraq göstərirlər.











Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Tramp: İranla telefon vasitəsilə danışırıq

Tramp: İranla telefon vasitəsilə danışırıq

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

End of content

No more pages to load

RADİO