Pezeşkiandan İKİBAŞLI BƏYANAT – İran liderindən Bakı səfəri öncəsi gözlənilməz MESAJ

Xəbər verdiyimiz kimi aprelin 27-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Bəzi ekspertlər bu səfərin hər iki tərəf üçün faydalı olacağını düşünür.

Lakin belə həsas bir dönəmdə İran Prezidenti Məsud Pezeşkianın hökumətin toplantısında səsləndirdiyi fikir birmənalı qarşılanmayıb. Belə ki, hökumətin son iclasında İran və Azərbaycan xalqları arasında qədim ortaq tarixə və mədəni ortaq cəhətlərə toxunaraq deyib ki:"

“Azərbaycan və İran bir bədənin hissələridir". 

Bu fikirlər hansı mənada səsləndirilib?

Əgər doğrudan da Pezeşkian bu fikirlərini dostluq, mehribanlıq mənasında səsləndiribsə, bu o qədər də səmimi görünmür. Çünki son 35 ildə rəsmi Tehran heç zaman Azərbaycana qarşı səmimi olmayıb.
 

30 illik işğal dövründə Azərbaycan yeraltı və yerüstü sərvətlərinin dağıdılmasında İran vətəndaşları ermənilərdən az pay sahibi deyillər. Hətta qəbirləri açıb, qızıl diş axtaran ermənilərə texniki dəstək göstərənlər də bu ölkənin vətəndaşları olub.


Ən əsası 30 il müddətdə İran Ermənistan üçün əsas tranzit ölkə olub. İran üzərindən Ermənistana digər məhsullarla yanaşı hərbi texnika və sursat daşınıb. Ən pisi də odur ki, 44 günlük müharibədə Ermənistana ən çox dəstək verən İran oldu. Hətta Gürcüstan Ermənistan silah daşınmasının qarşısını almaq üçün hava və yerüstü nəqliyyat dəhlizlərini qapatdı. Amma İran son anadək ermənilərə hər cür dəstəyi göstərdi. Çox təəssüf ki, İran üzərindən Ermənistana silah daşınması bu gün də davam edir. Bu gün İran Ermənistan üçün nicat yoludur.

Bundan əlavə İran mediası bu gün də Azərbaycanla bağlı nifrət və etnik zəmində münaqişə mövzusunda təbliğat aparır.

Səfirliyimizə hücum nifrətin pik həddi idi.

Azərbaycana qarşı bəslənilən nifrətin daha bir təcəssümünü 27 yanvar 2023 tarixdə gördük. Həmin tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilidi. Avtomatla silahlanmış  Yasin Hüseynzadənin törətdiyi terror aktı nəticəsində Səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb.

Lakin rəsmi Tehran baş verənlər üçün nəinki Azərbaycandan üzr istəmədi, əksinə qatili efirlərə çıxardıb onun psixi xəstə olduğu fonunu yaratmağa çalışdı. Ən əsası bu qatilin Azərbaycan təhvil verilməsindən boyun qaçırıldı. Üstəlik onun mühakiməsi müxtəlif bəhanələrlə 2 il uzadıldı. Nəhayət Azərbaycanın təzyiqləri fonunda səfirliyə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən bu ilin yanvarında təsdiqləndi.

Ona görə də Pezeşkianın “Azərbaycanla İranın bir bədənin hissələri” olması fikri o qədər də səmimi və inandırıcı görünmür. Ən yaxşı halda bu fikirlərin İranın rəsmi mövqeyi kimi görünmür.

Növbəti ehtimal
 

Burda ikinci və çox qorxulu niyyət də ola bilər. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da bunu əməli fəaliyyətdə çox nadir hallarda göstərib. Bu gün əksər İran rəsmiləri çıxışlarında Azərbaycan dövləti yox, Bakı dövləti ifadəsini işlədirlər. Halbuki Bakı adlı bir dövlət yoxdur.


İran rəsmilərinin belə bir ifadə işlətmələrinin kökündə fars şovinizmi dayanır. Çünki fars millətçiləri heç zaman Azərbayca dövlətçilyini qəbul etməyiblər və bu gün də öz fikirlərində qalırlar. Onlar Azərbaycan ərazisini İranın “tarixi torpaqları” hesab edirlər. İmkan düşdükcə də bunu rəsmiyyətə daşımaq istəyirlər. Ona görə də Pezeşkianın son fikirləri daha çox bu yöndə yozulur ki, rəsmi Tehran Azərbaycanı hələ də İranın bir parçası kimi təsəvvür edir.

Bu isə olduqca qorxulu və şovinist bir iddiadır. Bu iddia təkcə iki ölkə arasında münasibətlərə kölgə salmır, həm də gələcək üçün qorxulu zəmin yaradır.

Bir daha xatırladırıq ki, yaxın günlərdə İran prezidenti Azərbaycana səfərə gələcək. Bu səfərdən əldə edilən nəticələr yəqin ki, Pezeşkianın fikirlərinə daha aydın işıq salacaq. Yəqin ki, o zaman biləcəyik ki, İran prezidenti “Azərbaycan və İran bir bədənin hissələridir" ifadəsini hansı mənada işlədib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

Müharibənin əsas qurbanları İrana qarşı BİRLƏŞDİ – Yaxın Şərqdə gərginlik YENİDƏN ALOVLANIR

Müharibənin əsas qurbanları İrana qarşı BİRLƏŞDİ – Yaxın Şərqdə gərginlik YENİDƏN ALOVLANIR

End of content

No more pages to load

RADİO