400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Ölümlə nəticələnən qəzaları üzrə məhkəmə proseslərində müttəhim və zərərçəkmiş tərəfin məhkəmədən kənar anlaşma halları tez-tez üzə çıxır. Yüksək məbləğdə pul və əmlak tələbləri hətta proses zamanı iclas zalında da açıq səslənir.

Belə iddialar həm tiktoker "Arzum 999" ləqəbli İlduzə Hacıyevanın, həm də həkim Azər Maqsudovun cinayət işində ictimai aşkarlıq tapıb. Məsələn, İlduzə Hacıyeva qarşı tərəfin ondan 100 min manat istədiyini iddia edib. Azər Maqsudov isə məhkəmədə zərərçəkmiş tərəfin əvvəlcə 2 mənzil, daha sonra isə 400 min manat tələb etdiyini bildirib.

Bəs bu cür tələblər qanunidirmi və hər hansı bir cinayət məsuliyyəti yarada bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Yenisabah.az”a danışan vəkil Ramil Vəliyevin sözlərinə görə, Azərbaycan qanunlarında "qanpulu" anlayışı yoxdur:

“Son illər Azərbaycanda qətl hadisələrindən sonra tərəflər arasında “qanpulu” adı altında pul və ya əmlak verilməsi ilə bağlı müzakirələr geniş yayılıb. Lakin qanunvericilikdə “qanpulu” adlı ayrıca hüquqi institut və ya hüquqi anlayış mövcud deyil. Bununla belə, Cinayət Məcəlləsi və Mülki Məcəllə zərərçəkmiş şəxsin və ya onun hüquqi varislərinin vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanıyır.
 

Belə tələblər yalnız qanunla müəyyən edilmiş qaydada, könüllü razılaşma və ya məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Məsələn, təqsirləndirilən şəxs və ya onun yaxınları könüllü şəkildə zərərin əvəzini ödəyə, tərəflər arasında barışığa nail olunmasına çalışa bilərlər. Həmin ödənişlər ziyanın ödənilməsi və ya kompensasiya hesab olunur. Zərərçəkmiş şəxsin nə qədər mənəvi zərər çəkməsi özünə məxsus və spesifik olduğundan standart məbləğ ilə qiymətləndirilə bilməz.


Elə hallar olur ki, zərərçəkmiş şəxs tərəf mövcud vəziyyətdən sui-istifadə etmək istəyir. Lakin tələb olunan məbləği ödəmək təqsirləndirilən şəxs və ya ailə üzvləri könüllü ödəmək istəyə bilərlər, məcburi ödənilməsi ancaq məhkəmə mülki iddianı təmin etdiyi həcmdə ödəməlidir. Əksər hallarda isə zərərçəkmiş şəxsin tələbi ilə məhkəmənin müəyyən etdiyi məbləğ arasında kəskin fərq olur”.

R.Vəliyev sözlərinə görə, ölən şəxsin ailəsi qarşı tərəfdən pul, ev və ya başqa əmlak istəyə bilər. Ancaq bu, yalnız tərəflərin könüllü razılığı ilə olmalıdır:

“Ölən şəxsin ailəsinin qarşı tərəfdən pul, mənzil və ya digər əmlak tələb etməsi yalnız tərəflərin sərbəst iradəsi ilə əldə olunmuş razılaşma çərçivəsində və qanuna zidd məqsəd daşımadığı hallarda hüquqi problem yaratmaya bilər. Lakin həmin tələblər hədə-qorxu, təzyiq və ya şantaj yolu ilə irəli sürülərsə, artıq cinayət-hüquqi məsuliyyət məsələsi yarana bilər.

Xüsusilə “Pul versəniz, şikayəti geri götürərik” və ya “Ev verməsəniz, sizi həbs etdirəcəyik” kimi ifadələrdən istifadə olunması hər bir konkret hadisənin şəraitindən asılı olaraq hüquqi qiymətləndirilir. Əgər məqsəd qanunsuz əmlak əldə etməkdirsə və təhdid, hədə-qorxu və ya digər qanunsuz təsir vasitələri tətbiq edilirsə, bu əməllər hədə-qorxu ilə tələb etmə (reketçilik) və ya digər cinayət tərkiblərinin əlamətlərini yarada bilər”.

R.Vəliyevin sözlırinə görə, qəsdən adam öldürmə kimi ağır cinayətlərdə zərərçəkən tərəfin şikayətini geri götürməsi işin bağlanmasına səbəb olmur:

“Qəsdən adam öldürmə kimi ağır cinayətlər üzrə zərərçəkmiş tərəfin şikayəti geri götürməsi cinayət təqibini dayandırmır. Belə cinayətlər dövlət ittihamı qaydasında təqib olunur və istintaq orqanı ilə prokurorluq zərərçəkmişin mövqeyindən asılı olmayaraq cinayət işini davam etdirir. Buna görə də “şikayəti geri götürmək” müqabilində pul tələb edilməsinin əksər hallarda ciddi hüquqi nəticəsi olmur. Sadəcə cəza təyinində nəzərə alınır.

Əgər tərəflər yalnız dəfn xərclərinin, maddi zərərin və ya mənəvi ziyanın ödənilməsi barədə könüllü razılığa gəlirlərsə, bu, qanunla qadağan edilmir.

Hətta təqsirləndirilən şəxsin zərərin könüllü ödənilməsi məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Lakin bu, cinayət məsuliyyətini avtomatik aradan qaldırmır.

Hüquq sistemi yalnız qanuni kompensasiya və zərərin əvəzinin ödənilməsini qəbul edir. Pul və ya əmlak tələblərinin qanuniliyi isə onların hansı məqsədlə, hansı üsulla və hansı şəraitdə irəli sürülməsindən asılı olaraq qiymətləndirilir. Buna görə də belə hallarda tərəflərin hüquqi yardım alması və bütün razılaşmaların qanun çərçivəsində həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

End of content

No more pages to load

RADİO