Müharibənin əsas qurbanları İrana qarşı BİRLƏŞDİ – Yaxın Şərqdə gərginlik YENİDƏN ALOVLANIR

Yaxın Şərqdə silahlar sussa da, qarşılıqlı təhdidlər və tələblər davam edir. Təsadüfi deyil ki, Ərəb ölkələri İranın hava zərbələri nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsini qaldırıblar və ABŞ-nin vasitəçiliyi ilə bu mövzunu rəsmi Tehranla müzakirə etmək niyyətindədirlər.

Bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Manamada Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (CCASG) nümayəndələri ilə keçirdiyi görüşlərin yekununda səsləndirib.

Amerikalı diplomatın sözlərinə görə, regional tərəfdaşlar hücumlar zamanı zərər çəkmiş infrastrukturun bərpası üçün vəsait ayrılmasını tələb edirlər:

“Onlar yenidənqurma işləri üçün müəyyən maliyyə ayrılmasını istəyirlər. Çünki ciddi ziyan çəkiblər. İndi isə həmin zərərin kompensasiya olunmasını tələb edirlər”.

Ərəb dövlətləri İranın hava zərbələrindən nə qədər zərər görüb?

Nəzərə alaq ki, ABŞ-İran münaqişəsinin bağlandığı ilk gündən Yaxın Şərqdə davam edən münaqişənin ərəb ölkələrinin iqtisadiyyatına ağır zərbə vura biləcəyi qeyd olunurdu.

Hətta “Bloomberg” agentliyi BMT-nin İnkişaf Proqramının (UNDP) hesabatına istinadən məlumat da yaymışdı. Məlumatda deyilirdi ki, region ölkələri iqtisadi artım baxımından 120 milyard dollardan 194 milyard dollara qədər itki ilə üzləşə bilər.

Bəzi nəşrlər bu rəqəmi ümumiləşdirilmiş şəkildə təxminən 200 milyard dollar kimi təqdim edirdi.

Ekspertlər hesab edirdilər ki, regionda işsizlik səviyyəsi 4 faiz bəndi arta, bunun nəticəsində 3,6 milyon iş yeri itirilə və təxminən 4 milyon insan yoxsulluğa sürüklənə bilər.

Sənəddə xüsusilə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin daha böyük iqtisadi itki ilə üzləşə biləcəyi vurğulanırdı.

Proqnoza görə, Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxil olduğu bu qrupun ümumi daxili məhsulu 5,2 faizdən çox azala bilər.

Enerji böhranının fəsadları

Münaqişənin əsas riskləri sırasında enerji bazarındakı sarsıntılar, nəqliyyat marşrutlarının pozulması və regional investisiya mühitinin zəifləməsi göstərilirdi.

Təbii ki, bu ilkin proqnozlar idi və əsasən iqtisadiyyata dəyə biləcək zərərləri nəzərdə tuturdu.

Amma hadisələrin inkişafı prosesində İran təkcə Körfəz yox, əksər region ölkələrinə böyük ölçüdə zərər vurdu. Belə ki, əksər ərəb ölkələrinə İranın hava hücumları nəticəsində böyük ölçüdə zərər dəydi, neft-qaz emalı zavodları və anbarları dağıdıldı, infrastuktur məhv edildi.

Bütün dəymiş zərərlər hesablansa, o zaman Ərəb dövlətlərinə dəyən ziyan 1 trilyon dolların üzərindədir. Ona görə də Ərəb dövlətlərinin İrandan kompensasiya tələb etməsi məntiqli görünür.

Amma nəzərə alaq ki, İran da bu məsələdə boş dayanmır.

Hələ aprel ayında İran Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan ona dəyən ziyana görə kompensasiya tələb etmişdi.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani hətta təşkilatın Baş katibi Antonio Quterreşə məktub ünvanlamışdı.

Məktubda qeyd olunurdu ki, “Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı İran İslam Respublikasına beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərə görə kompensasiya formasında tam təzminat ödəməlidirlər”.

İran tərəfi bu tələbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə əsaslandırırdı.

Məktubda, həmçinin qeyd edilirdi ki, sözügedən ölkələr bu addımları ilə İrana qarşı beynəlxalq öhdəliklərini pozublar.

Kompensasiya tələbinin icrası nə qədər realdır?

Həm Ərəb dövlətlərinin, həm də İranın kompensasiya tələbi ilk baxışdan məntiqli görünsə də heç bir perspektivi yoxdur. Çünki zatən ABŞ-İran münaqişəsi Ərəb dövlətlərini böyük ölçüdə zərər vurmağa hesablanmışdı. Tərəflər öz istəklərini nail oldular. Nəticədə 4 ayda təkcə Ərəb dövlətləri yox, qlobal iqtisadiyyat böyük itkilərlə üzləşdi.

İndiki halda ABŞ tərəfində səsləndirilən kompensasiya tələbi əksinə vəziyyəti bir qədər də gərginləşdirməyə xidmət edir.

ABŞ-la İran arasında sülh razılaşmasının əldə edildiyi deyilsə də, bu cür tələblərin ortaya atılması danışıqların perspektivsizliyinə şərait yaradır. Yəni nə ABŞ, nə də İran Yaxın Şərqdə davamlı sülhün olmasını istəyir.

Gərginlik fonunda danışıqlar

Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-İran danışıqlarında iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohaya yollanıb.

Tramp daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini bildirmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını açıqlayıb.

Göründüyü kimi tərəflər bir qayda olaraq bir-birlərini təkzib edən bəyanatlar verirlər. Bu da bir daha sübut edir ki, Yaxın Şərqdə davamlı sülh ancaq xəyal olaraq qalır. Bu mənada Ərəb dövlətlərini kompensasiya tələbləri reallıqdan çox-çox uzaqdır. Əksinə Ərəb dövlətləri böyük itkilərin hələlik ilkin mərhələsindədirlər. Daha ağır itkilər isə hələ qabaqdadır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

Müharibənin əsas qurbanları İrana qarşı BİRLƏŞDİ – Yaxın Şərqdə gərginlik YENİDƏN ALOVLANIR

Müharibənin əsas qurbanları İrana qarşı BİRLƏŞDİ – Yaxın Şərqdə gərginlik YENİDƏN ALOVLANIR

End of content

No more pages to load

RADİO