“Kəpəz” qapıçı problemini legioner oyunçu ilə həll etmək istəyir.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi sabiq qapıçısı Rojerio Santosu geri qaytarır. Hazırda portuqaliyalı qolkiperlə danışıqlar davam etdirilir.
Azad agent statusu daşıyan Rojerio Santosun son klubu İsrailin “İroni Tiberias” komandası olub.
Qeyd edək ki, Santos 2024-2025-ci illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media