"JetBlue" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkun Con Kennedi (JFK) adına beynəlxalq hava limanında enişə keçərkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
"Airbus A321" tipli təyyarənin pilotu Las-Veqasdan gələn reys zamanı, aeroport yaxınlığında təxminən 900 metr hündürlükdə dronun kabinanın düz üst hissəsinə çırpıldığını bildirib.
Hadisəyə baxmayaraq, hava gəmisi təhlükəsiz şəkildə eniş edib və sərnişinlər ştat rejimində təyyarəni tərk ediblər.
Enişdən sonra aviaşirkət mütəxəssisləri tərəfindən gövdəyə baxış keçirilib. Şirkətin yaydığı rəsmi bəyanatda təyyarədə hər hansı bir zədə və ya toqquşma izinin aşkar edilmədiyi qeyd olunub.
Faktla bağlı ABŞ Federal Aviasiya İdarəsi (FAA) tərəfindən araşdırma başladılıb.

Bizim.Media