Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər – FOTO

ABŞ-da təhsil alan azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayişinin qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan Ceyhun Xəlilov sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Aprelin 24-ü Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdirilməsi nəzərdə tutulurdu. Bunu görən kimi bazar ertəsi digər magistr tələbələri İnqilab Hüseynzadə və Murad Qurbanovla “LLM Advising Office”ə (universitetin magistr mərkəzi) yollandıq.
 

Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin 4 qətnaməsi, Xocalı soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində “arts**h” sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.


Növbəti gün “Advising Office”in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, tədbir kifayət qədər “offensive”də olsa, insanların sağlamlığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.
 

Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, hüquq fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin köhnə sədri, hakim Joan Donoghue belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir.


Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək.

Və bu gün artıq tədbir ləğv edildi. Ola bilsin, onlar bu filmi başqa vaxt başqa yerdə nümayiş etdirəcəklər, bizim də bunun qarşısını almağa gücümüz çatmayacaq. Amma bu gün qarşısını ala bildik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Merz sualıma cavab tapa bilmədi” – VİDEO

Tramp: “Merz sualıma cavab tapa bilmədi” – VİDEO

Slovakiyanın Baş naziri: “BMT gülünc vəziyyətdədir” – VİDEO

Slovakiyanın Baş naziri: “BMT gülünc vəziyyətdədir” – VİDEO

“Yeraltı”nın baş qəhrəmanı və fransız idmançı arasında gizli eşq macərası – FOTO

“Yeraltı”nın baş qəhrəmanı və fransız idmançı arasında gizli eşq macərası – FOTO

Təcili tədbirlər görməsələr, bu mağazalar bağlanacaq

Təcili tədbirlər görməsələr, bu mağazalar bağlanacaq

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Kəlbəcərdə qonur ayı görüntüləndi – VİDEO

Kəlbəcərdə qonur ayı görüntüləndi – VİDEO

İlqar Əliyev həbsdə vəfat etdi

İlqar Əliyev həbsdə vəfat etdi

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO

“Təqaüdçü üçün hər manatın dəyəri var” – Deputatdan banklara SƏRT REAKSİYA

“Təqaüdçü üçün hər manatın dəyəri var” – Deputatdan banklara SƏRT REAKSİYA

Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO

Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO

Donub qalmaq zəiflik deyil - Maraqlı fakt

Donub qalmaq zəiflik deyil - Maraqlı fakt

Daha bir serial final edir

Daha bir serial final edir

Trampa qarşı sui-qəsd cəhdinin ANBAAN VİDEOSU

Trampa qarşı sui-qəsd cəhdinin ANBAAN VİDEOSU

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

Eynulla Fətullayev “haqqın.az”ı satdı

Eynulla Fətullayev “haqqın.az”ı satdı

Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

“Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

“Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı

Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Qəzaya uğrayan AZAL təyyarəsinin yekun hesabatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğrayan AZAL təyyarəsinin yekun hesabatı ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO