Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO

Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır.

Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür? 

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün ölkəyə dizel mühərrikli avtomobillərin idxalına hər hansı bir məhdudiyyət qoyulmayacaq: 

"Baxmayaraq ki, biz avtomobil seqmentində Avropa spesifikasiyasına aidik, amma Avropa İttifaqının üzvü deyilik və bizim ölkəmizdə, təbii ki, dizel mühərrikli avtomobillərin idxalı zamanı hər hansı bir məhdudiyyət olmayacaq".

Bu gün ölkəmizə gətirilən hibrid, "plug-in" hibrid, benzin və dizel avtomobillərinin gömrük rüsumları arasında heç bir fərq yoxdur. Ancaq sözsüz ki, benzin, ələlxüsus da dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. 

Bu mənada sözügedən avtomobillərin gömrük rüsumunda dəyişikliyin edilməsi mümkündürmü?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, gələcəkdə dizel yanacaq növü ilə çalışan avtomobillərə hər hansı məhdudiyyətin qoyulması gözlənilmir.

Çünki Azərbaycanda bir çox idarələrin, müəssisələrin balansında olan avtomobillər məhz dizel mühərrikli maşınlardır: 

"Xüsusən də yükdaşımada istifadə olunan iritonnajlı avtomobillər bu tip maşınlar sırasında olduğu üçün bizdə gələcəkdə buna hansısa bir məhdudiyyətin qoyulmasına inanmıram".

Daha ətraflı videoda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

KİV: Pezeşkian Əraqçini vəzifəsindən azad etmək istəyir

KİV: Pezeşkian Əraqçini vəzifəsindən azad etmək istəyir

İctimai nəqliyyatda oturuşunu bilməyənlərin NƏZƏRİNƏ - Cərimələnəcəksiniz!

İctimai nəqliyyatda oturuşunu bilməyənlərin NƏZƏRİNƏ - Cərimələnəcəksiniz!

Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - ANBAAN VİDEO

Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - ANBAAN VİDEO

Tramp: “Merz sualıma cavab tapa bilmədi” – VİDEO

Tramp: “Merz sualıma cavab tapa bilmədi” – VİDEO

Slovakiyanın Baş naziri: “BMT gülünc vəziyyətdədir” – VİDEO

Slovakiyanın Baş naziri: “BMT gülünc vəziyyətdədir” – VİDEO

“Yeraltı”nın baş qəhrəmanı və fransız idmançı arasında gizli eşq macərası – FOTO

“Yeraltı”nın baş qəhrəmanı və fransız idmançı arasında gizli eşq macərası – FOTO

Təcili tədbirlər görməsələr, bu mağazalar bağlanacaq

Təcili tədbirlər görməsələr, bu mağazalar bağlanacaq

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Kəlbəcərdə qonur ayı görüntüləndi – VİDEO

Kəlbəcərdə qonur ayı görüntüləndi – VİDEO

İlqar Əliyev həbsdə vəfat etdi

İlqar Əliyev həbsdə vəfat etdi

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO

“Təqaüdçü üçün hər manatın dəyəri var” – Deputatdan banklara SƏRT REAKSİYA

“Təqaüdçü üçün hər manatın dəyəri var” – Deputatdan banklara SƏRT REAKSİYA

Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO

Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO

Donub qalmaq zəiflik deyil - Maraqlı fakt

Donub qalmaq zəiflik deyil - Maraqlı fakt

Daha bir serial final edir

Daha bir serial final edir

Trampa qarşı sui-qəsd cəhdinin ANBAAN VİDEOSU

Trampa qarşı sui-qəsd cəhdinin ANBAAN VİDEOSU

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 12:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

Eynulla Fətullayev “haqqın.az”ı satdı

Eynulla Fətullayev “haqqın.az”ı satdı

Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Goranboyda AĞIR QƏZA – Ölən və yaralananlar var – FOTO

Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

“Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

“Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

End of content

No more pages to load

RADİO