ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzin İranla bağlı müzakirədə arqument tapa bilmədiyini iddia edib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə "Newsmax"a müsahibəsində danışıb.
“İran məsələsində məni tənqid edirdi. Mən soruşdum: "Siz İranın nüvə silahına sahib olmasını istəyirsiniz?" O, yox dedi. Mən də dedim: "Deməli, mən haqlıyam". Bunun qarşılığında heç bir cavabı olmadı”, – deyə Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ, Avropa və Yaxın Şərq ölkələri İranın nüvə silahı əldə etməsinə imkan verməməlidir və bu əməliyyatın daha əvvəl həyata keçirilməli olduğunu düşünür.
Bizim.Media