Təcili tədbirlər görməsələr, bu mağazalar bağlanacaq

Dünya təcrübəsində də ənənəvi ticarət tədricən zəifləyir və yerini getdikcə daha çox onlayn ticarətə verir. Son 10–15 ildə bu tendensiya daha da güclənib. İstehlakçılar artıq onlayn alış-verişə üstünlük verir və bu da mağazaların dövriyyəsinin azalmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, bu sözləri “axar.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli onlayn və ticarət arasında rəqabət məsələsindən danışarkən deyib.

O bildirib ki, bu prosesə qarşı çıxmaq yox, uyğunlaşmaq daha düzgün yanaşmadır:

“Əsas məsələ müştəri məmnuniyyətidir. Əgər vətəndaş onlayn mühitdə daha ucuz və keyfiyyətli məhsul əldə edə bilirsə, bu sahənin inkişafı qaçılmazdır və dəstəklənməlidir.

Həmçinin fiziki mağazaların saxlanılması ciddi xərclər tələb edir. İcarə, kommunal xərclər və digər əməliyyat yükü ənənəvi ticarəti daha baha edir. Bu səbəbdən gələcəkdə bir çox mağazanın ya bağlanması, ya da xidmət və əyləncə mərkəzlərinə çevrilməsi mümkündür. Azərbaycan sahibkarları da bu dəyişikliklərə hazır olmalıdır. Ənənəvi ticarətlə məşğul olanlar onlayn platformalara inteqrasiya etməli, satışlarını internet üzərindən qurmağı bacarmalıdırlar. Bu, həm xərcləri azaldacaq, həm də müştəriyə daha rahat xidmət imkanı yaradacaq”.

Ekspert vurğulayıb ki, bəzi sahələrdə fiziki mağazalara ehtiyac qalacaq:
 

“Məsələn, bəzən geyim və ayaqqabı alışında müştərilər məhsulu sınaqdan keçirmək istəyir. Bu baxımdan butik tipli mağazaların bir qismi fəaliyyətini davam etdirəcək. Nəticə etibarilə, ənənəvi ticarətçilər fəaliyyətlərini optimallaşdırmalı və rəqəmsal platformalara keçidi sürətləndirməlidir.Əks halda, bazarda rəqabət daha da sərtləşəcək və mağazaların bağlanması halları artacaq.


Qeyd edim ki, artıq bir çox sahibkar bu istiqamətdə addımlar atmağa başlayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

End of content

No more pages to load

RADİO