Məlum olduğu kimi, aprelin 24-də ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyası ilə görüşdə atışma baş verib.
Bizim.Media xəbər verir ki, ABŞ-ın Federal Təhqiqat Bürosu hadisənin təhlükəsizlik kameraları ilə lentə alının görüntülərini yayıb.
Görüntülərdə hücum edən şəxsin binaya necə daxil olması və təhlükəsizlik əməkdaşlarına atəş açması öz əksini tapıb.
Xatırladaq ki, hücum nəticəsində Məxfi Xidmət zabiti yaralanıb. Atəş açan şəxs - 31 yaşlı kaliforniyalı müəllim Kol Tomas Allen Ağ Ev rəsmilərinə qarşı sui-qəsd planlaşdırdığını etiraf edib.
Bizim.Media