İsmayıllıda 70 yaşlı kişi meyiti aşkarlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Tircan kəndində qeydə alınıb.
Belə ki, 1955 təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Nəsirov Misirxanın meyiti yaşadığı kənddə su keçidindən aşkarlanıb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu