XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirildi - FOTO

XII Qlobal Bakı Forumunun sonuncu günündə 11-ci panel iclası “Gənclər danışsın, biz dinləyək” mövzusuna həsr olunub.

Bizim.Media xəbər verir ki, panelə Qlobal Siyasət İnstitutunda tədqiqatçı və Lafiya Nigeriya Fondunun təsisçisi Klaudia Marta Xmielovska moderatorluq edib.

Paneldə çıxış edən Harvard Biznes Məktəbində MBA tələbəsi və “Terran Paragon” təşkilatının qurucusu və icraçı direktoru Uilliam Uanq bildirib ki, onun təşkilatı qlobal istedadı inkişaf etməkdə olan ölkələrlə birləşdirmək, bilik mübadiləsini təşviq etmək və XXI əsrin bilik iqtisadiyyatını qabaqcıl şirkətlər və dövlət qurumları ilə strateji tərəfdaşlıqlar vasitəsilə irəlilətmək məqsədini güdür: “Bizim şirkətimiz gənclərə kömək edir, çünki gələcəkdə onlar liderlər olacaqlar. Biz gənclərə hər sahədə kömək etməyə hazırıq”. O, həmçinin özünün iş və təhsil təcrübəsini bölüşüb.

“De Jong Capital”da Baş ofis rəhbəri (Managing Partner Büro rəhbəri) Paskal Rathle təmsil etdiyi şirkətin strategiyası və fəaliyyəti haqqında məlumat verib.
 

“ABŞ-da bir şirkətdə baş icraçı direktorun maaşı sıravi işçilərin məvacibindən 40 dəfə çoxdur, bu, nə dərəcədə düzgündür? Belə ədalətsiz gəlir bölgüləri qarşısında gənclərin işlə təmin olunması və öz rifahını yüksəltməsi üçün heç bir motivasiya qalmır. Etikaya sadiqlik, bərabər bölgü məsələləri prioritet olmalıdır”, - deyə o əlavə edib.


“DIFC Authority”də Qrup Strategiyası üzrə köməkçi menecer Milind Taneja bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrdə dövlət büdcəsinin 50 faizdən çoxu borcların və kreditlərin ödənilməsinə sərf edilir. Bu isə o deməkdir ki, onlar nə evlər tikməyə, nə təmiz enerji keçidləri üçün infrastruktur yaratmağa, nə də əsas səhiyyə xidmətlərini təmin etməyə maliyyə ayıra bilmirlər.

“Bu, bizim üçün böyük bir böhrandır. Bu, təkcə iqtisadi problem deyil, həm də kifayət qədər maliyyələşmənin olmaması səbəbindən dayanıqlılıq və davamlı inkişaf üçün yaranan insan böhranıdır. Bu o deməkdir ki, biz maliyyələşdirmə məsələsini həll etmədikdə, çoxlu insanın həyatını təhlükəyə atırıq, onları əsas insan xidmətlərindən və iqtisadi imkanlardan məhrum edirik və nəticə etibarilə dayanıqlı inkişafla xarakterizə olunan gələcəyə sürətlə çatmağımıza mane oluruq. Beləliklə, bu məsələ çox təcili həll olunmalıdır. Son bir neçə gündə biz bu mövzu ətrafında geniş müzakirələr apardıq”, - deyə Milind Taneja vurğulayıb.

COP29 Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişikliyinin gənclər üçün yaratdığı çağırışlardan danışaraq, onların bu qlobal problemin həllində aktiv rol oynaya biləcəyini bildirib.

“Gənclərin ekoloji təşəbbüslərdə iştirakı və innovativ həll yolları tapmaq bacarığı iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

Davamlı inkişafın təmin olunması üçün gənclərin maarifləndirilməsi və onların qərar qəbuletmə prosesinə cəlb olunması vacibdir”, - deyə Leyla Həsənova diqqətə çatdırıb.

Digər çıxış edənlər öz ölkələrinin təcrübələrindən və mövcud problemlərdən danışıblar.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

End of content

No more pages to load

RADİO