BİZİM TƏQVİM: 20 fevral tarixində baş vermiş mühüm hadisələr

20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı. Bu qanunsuz tələb Qarabağın Azərbaycandan qoparılması istiqamətində sovet rəhbərliyinin yürütdüyü riyakar siyasətin növbəti mərhələsi oldu. Sonrakı faciəvi hadisələr məhz bundan sonra başladı.  

Bəs, 20 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1798-ci ilin 20 fevralında Lui Aleksandr Bertye Roma papası VI Piyi taxtdan salıb.

2. Dünyanın ən böyük və ən məşhur muzeylərindən biri olan “Metropoliten Muzey of Art” 1872-ci ilin 20 fevralında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində açılıb.

3. İstanbulda ilk elektrikli tramvay 1914-cü ilin 20 fevral günündən işə düşüb. Bu tarixdən etibarən şəhərdə 1869-ci ildən olan atlı tramvay yerini elektrik tramvaya təhvil verib. 

4. 20 fevral 1835-ci ildə Çilinin Konsepsion şəhəri zəlzələ nəticəsində dağılıb.

5. 1970-ci ilin bu günü dövrün Türkiyə dövlət başçısı Cövdət Sunay və Baş nazir Süleyman Dəmirəl tərəfindən mərasimlə İstanbul Boğaziçi körpüsünün təməli atılıb. Asiya və Avropa qitələrini birləşdirən körpü üç ilə tamamlanıb. Boğaziçi körpüsü Qara dənizlə Mərmərə dənizini bir-birinə bağlayan və İstanbul boğazı üzərində yer alan üç asma körpüdən biridir. 

6. 20 fevral 1986-cı ildə SSRİ "Mir" orbital stansiyasının əsas blokunu Yerətrafı orbitə çıxardıb.

7. 2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur. Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən ümdə pronsiplərdən sayılır.

20 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan maarifpərvəri Mirzə Hüseyn Əfəndi Qayıbzadə 1830-cu ildə anadan olub. Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 4 cilddən ibarət “Azərbaycanda məhşur olan şüəranın əşarına məcmuə”si klassik irsin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu məcmuədə 18-19-cu əsrlərdə yaşamış 100-dən çox Azərbaycan şairinin əsərlərindən nümunələr verilib. (1830-1917)

2. 20 fevral görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür. F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir. Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır. Bəstəkar 1984-cü ilin bu günü dünyasını dəyişib. (1922-1984)

3. Şair, dramaturq, tərcüməçi, AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əliağa Kürçaylı 20 fevral 1928-ci ildə dünyaya göz açıb.

4. Azərbaycan xanəndəsi, Xalq artisti, professor, Milli Konservatoriyanın "Muğam" kafedrasının müdiri Arif Babayev 20 fevral 1938-ci ildə anadan olub. 

5. Rusiyalı jurnalist, teleaparıcı İradə Zeynalova 20 fevral 1972-ci ildə anadan olub. O, NTV-də "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal Birdə (2012-2016) "Vremya" ("Vaxt") proqramının bazar buraxılışına ev sahibliyi edib. Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

Bakıya gələn erməni idmançıların FOTOSU

Bakıya gələn erməni idmançıların FOTOSU

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Ukrayna ordusu işğal olunmuş ərazilərdə Rusiyanın logistikasını məhv edir - VİDEO

Ukrayna ordusu işğal olunmuş ərazilərdə Rusiyanın logistikasını məhv edir - VİDEO

İlon Mask Mel Gibsona film çəkilişi üçün 100 milyon dollar verəcək?

İlon Mask Mel Gibsona film çəkilişi üçün 100 milyon dollar verəcək?

Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Dostları ona yeni mənzil hədiyyə etdilər - VİDEO

Dostları ona yeni mənzil hədiyyə etdilər - VİDEO

Zelenski Rusiya ərazisində zərbələr üçün prioritet hədəfləri AÇIQLADI

Zelenski Rusiya ərazisində zərbələr üçün prioritet hədəfləri AÇIQLADI

Finlandiya Prezidenti: “Ukraynanın mövqeyi indi daha güclüdür”

Finlandiya Prezidenti: “Ukraynanın mövqeyi indi daha güclüdür”

İran Ukraynanı cavab zərbəsi ilə hədələdi

İran Ukraynanı cavab zərbəsi ilə hədələdi

Putin: “Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” - VİDEO

Putin: “Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” - VİDEO

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

End of content

No more pages to load

RADİO