Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gələcəyi və qərb əraziləri ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Putin bu barədə Sankt-Peterburqda Hərbi Dəniz Donanmasının hərbçiləri ilə görüşdə danışıb.
O, Ukraynada daxili qarşıdurmaların yaşandığını və tərəflərin “Ukrayna xalqından və ya Qərb sponsorlarından oğurlanan pulları bölüşdürdüyünü” iddia edib.
“Əminəm ki, gec-tez Ukrayna Stalin hədiyyəsi olan qərb torpaqlarını itirəcək və hər şey Macarıstana, Rumıniyaya və Polşaya qaytarılacaq”, – deyə Putin bildirib.
Bizim.Media