Sabunçu Dəmiryol Vağzalının yeraltı keçidində ürəkbulandıran mənzərə - FOTO/VİDEO

Paytaxtın ən mühüm nəqliyyat qovşaqlarından biri olan Sabunçu Dəmiryol Vağzalının yeraltı piyada keçidi uzun müddətdir acınacaqlı vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, belə bir şikayət sosial şəbəkədə müzakirə mövzusu olub.

Qeyd olunub ki, uzun müddətdir keçid keçilməz vəziyyətdədir və buna bir çarə edən yoxdur.

"Nə keçiddən gələn üfunət, nə uçub tökülən divar daşları, nə də içində yaranan gölməçə, nədənsə heç kimi narahat etmir",- deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev oxu.az-a açıqlamasında faktı təsdiqləyib. O, qeyd edib ki, ilkin məlumata görə, keçiddə qrunt sularının olduğu müəyyən edilib.

"Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (İŞBSTX) müraciət olunub. Təxminən bir ay əvvəl, müraciətimizə əsasən, qurumun nümayəndələri əraziyə baxış keçiriblər. Keçidin bu hala düşməsinin əsas səbəbi nəmişlikdir. Oraya axan qrunt sularının qarşısı tam alınmasa, keçidin təmirinin də bir xeyri olmayacaq, çünki daimi nəmişlik yenə eyni vəziyyəti yaradacaq. Qrunt sularının haradan gəldiyi isə hələlik məlum deyil", - deyə B.Hacıyev bildirib.

İŞBSTX-dən bildirilib ki, yeraltı keçidə toplanan su ilə bağlı müvafiq sukanal idarəsinin qəza briqadası əraziyə baxış keçirib.

"Ərazidən keçən bütün su və kanalizasiya şəbəkələri yoxlanılıb və qeydə alınıb ki, keçidə yığılan su İŞBSTX-yə məxsus su və kanalizasiya şəbəkələrindən axmır. Baxış zamanı müəyyən olunub ki, həmin sular yeraltı keçidin sökülmüş yan divarlarının aşağı hissələrindən çıxır. Bu da onu deməyə əsas verir ki, həmin sular qrunt sularıdır.

Məlumat üçün qeyd edək ki, qrunt suları yeraltı sulardır. Adətən tikinti işləri aparılmazdan öncə ərazidəki qrunt suları ilə bağlı relyefin monitorinqi aparılır", - deyə məlumatda bildirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

Bakıya gələn erməni idmançıların FOTOSU

Bakıya gələn erməni idmançıların FOTOSU

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Dmitri Qordon: Dünyada heç bir ölkə Putinə “al, sənə pul veririk” deməyəcək - VİDEO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Malta Prezidenti Reza Deqatinin Xocalı soyqırımı ilə bağlı fotosərgisini ziyarət etdi - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Taylandda bacı-qardaş gecə saatlarında müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Zelenski: Rusiya adi mülki obyektləri “məğlub edir” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Netanyahu: “Nyu-Yorka gələcəyəm, heç nədən narahat deyiləm” - VİDEO

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Putindən bloqerlərlə bağlı AÇIQLAMA - VİDEO

Ukrayna ordusu işğal olunmuş ərazilərdə Rusiyanın logistikasını məhv edir - VİDEO

Ukrayna ordusu işğal olunmuş ərazilərdə Rusiyanın logistikasını məhv edir - VİDEO

İlon Mask Mel Gibsona film çəkilişi üçün 100 milyon dollar verəcək?

İlon Mask Mel Gibsona film çəkilişi üçün 100 milyon dollar verəcək?

Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Dostları ona yeni mənzil hədiyyə etdilər - VİDEO

Dostları ona yeni mənzil hədiyyə etdilər - VİDEO

Zelenski Rusiya ərazisində zərbələr üçün prioritet hədəfləri AÇIQLADI

Zelenski Rusiya ərazisində zərbələr üçün prioritet hədəfləri AÇIQLADI

Finlandiya Prezidenti: “Ukraynanın mövqeyi indi daha güclüdür”

Finlandiya Prezidenti: “Ukraynanın mövqeyi indi daha güclüdür”

İran Ukraynanı cavab zərbəsi ilə hədələdi

İran Ukraynanı cavab zərbəsi ilə hədələdi

Putin: “Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” - VİDEO

Putin: “Kalininqradın təhlükəsizliyi Rusiyanın bütün imkanları ilə təmin olunacaq” - VİDEO

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Odessa yaxınlığında Qara dənizdə gəmi batdı - ANBAAN VİDEO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Ukrayna kəşfiyyatı: “Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - FOTO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Putin: “Gec-tez Ukrayna Stalinin hədiyyəsi olan qərb torpaqlarını itirəcək” - VİDEO

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

End of content

No more pages to load

RADİO