Azərbaycan və Ruanda arasında siyasi məsləhətləşmələrin ilk iclası TƏŞKİL OLUNDU - FOTO

17 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Ruanda Respublikasında səfərdə olub.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin Ruanda Respublikasının maliyyə və iqtisadi planlaşdırma üzrə dövlət naziri xanım Mutesi Rusagara, kənd təsərrüfatı və heyvan resursları naziri cənab Mark Cyubahiro Bagabe, informasiya texnologiyaları və innovasiyalar naziri xanım Paula İngabire ilə, eləcə də Ruanda İnkişaf Şurasının və Mədən, Neft və Qaz Şurasının rəhbərləri ilə görüşləri keçirilib, Ruanda Sahibkarlarının İnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq səfəri olub.

Keçirilmiş görüşlər zamanı, Ruanda Prezidenti cənab Paul Kagamenin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayında Ruandaya səfəri çərçivəsində Fondun dəstəyi ilə burada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edilib.
 

Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçun geniş imkanların olduğu qeyd olunub, qarşılıqlı maraq doğuran sahələrdə birgə işçi qruplarının yaradılması və qarşılıqlı biznes missiyalarının həyata keçirilməsinə razılıq ifadə olunub. Ruanda tərəfinin vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsinə göstərdiyi maraq yüksək qiymətləndirilib.


Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası təşkil olunub.

Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Siyasi məsləhətləşmələrin ikitərəfli əlaqələrin inkişafı və əlaqələndirilməsi baxımından vacib olduğu vurğulanaraq, onun iclaslarının mütəmadi əsasda təşkil edilməsi qərara alınıb.

Səfər zamanı Yalçın Rəfiyev Kiqali Soyqırımı Memorialını ziyarət edib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memoriala əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb.

Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO və Azərbaycan İnvestisiya Holdinqi nümayəndələri daxil olub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

End of content

No more pages to load

RADİO