Azərbaycan və Efiopiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin 3-cü iclası KEÇİRİLDİ - FOTO

15-16 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Efiopiya Federativ Demokratik Respublikasında səfərdə olub.

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən bildirilib.

Bildirilib ki, səfər zamanı Yalçın Rəfiyev Efiopiya Federativ Demokratik Respublikasının Nazirlər Kabineti Ofisinin başçısı Alem Tsehay Paulos, xarici işlər naziri Gedion Timotheos, ticarət və regional inteqrasiya naziri Kassahun Qofe, kənd təsərrüfatı naziri Girme Amente, eləcə də Efiopiya İnvestisiya Komissiyası və Efiopiya İnvestisiya Holdinqinin rəhbərləri ilə görüş keçirib, ölkədəki sənaye parkları və infrastruktur layihələri ilə tanış olub.

Keçirilmiş görüşlər zamanı, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie-nin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparlmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açdığı və yol xəritəsini müəyyən etdiyi vurğulanıb.

Həmçinin ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri müzakirə edilib, müvafiq sahələrdə hüquq-müqavilə bazasının yaradılması və işçi qrupların təsis edilməsi razılaşdırılıb. Qarşılıqlı ticarət missiyaların və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib. Efiopiyada vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsi və bu istiqamətdə intensiv işin davam etdiyi məmnunluqla ifadə edilib.

Səfər çərçivəsində həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə Efiopiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Efiopiya tərəfindən isə xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO, Azərbaycan İnvestisiya Holdinqi və SOCAR nümayəndələri daxil olub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

End of content

No more pages to load

RADİO