Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan NATO və digər təşkilatlarla dialoqu davam etdirib

Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan NATO və digər təşkilatlarla dialoqu davam etdirib
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb olunması istiqamətində səylərini davam etdirib. Azərbaycan bu məqsədlə ikitərəfli və çoxtərəfli formatlarda diplomatik fəallıq göstərib, BMT, UNESCO, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə ərazilərimizdəki mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoqu davam etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Bildirilib ki, artıq ənənə halını almış, humanitar minatəmizləmə mövzusunda Bakıda illik əsasda keçirilən beynəlxalq konfrans bu sahədə mühüm dialoq formatına çevrilib. Mayın 30-31-də Azərbaycan və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib.

Noyabrın 4-8-də Ümumdünya Şəhərsalma Forumunun Qahirədə keçirilmiş 12-ci iclasında ölkəmiz fəal iştirak edib, işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, bərpa və yenidənqurma fəaliyyətlərinə dair ətraflı məlumat verilib. Sentyabrın 18-də BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində gündəliyin “Bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən inkişaf hüququnun təşviqi və qorunması” adlı 3-cü bəndi altında Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Minaların və digər partlamamış sursatların insan hüquqlarına təsirləri” adlı bəyanata 66 ölkə həmmüəllif qismində qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bir nənənin üç nəvəsi, Avropanın faciəsi

Bir nənənin üç nəvəsi, Avropanın faciəsi

Tiranada etirazçılar Ətraf Mühit Nazirliyinin binasını yandırıb - VİDEO

Tiranada etirazçılar Ətraf Mühit Nazirliyinin binasını yandırıb - VİDEO

Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı - DTX-dən əməliyyat

Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı - DTX-dən əməliyyat

Bakıdakı qətli deputatın oğlu törətməyib - kütləvi dava ilə bağlı sensasion TƏFƏRRÜATLAR

Bakıdakı qətli deputatın oğlu törətməyib - kütləvi dava ilə bağlı sensasion TƏFƏRRÜATLAR

Türkiyə Cəfərilərinin lideri – “Azərbaycanı hədəf alanların özləri İsrailə xidmət edir” – VİDEO

Türkiyə Cəfərilərinin lideri – “Azərbaycanı hədəf alanların özləri İsrailə xidmət edir” – VİDEO

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi başlayıb

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi başlayıb

Kafedəki qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir? - RƏY

Kafedəki qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir? - RƏY

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib – 3 nəfər saxlanılıb

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib – 3 nəfər saxlanılıb

Çayda balıq tutmağa getdi, meyiti tapıldı – Lənkəranda müəmmalı ölüm

Çayda balıq tutmağa getdi, meyiti tapıldı – Lənkəranda müəmmalı ölüm

Vəkillərin qurultayı rinqə çevrildi: İstanbulda yumruqlar havada uçuşdu – VİDEO

Vəkillərin qurultayı rinqə çevrildi: İstanbulda yumruqlar havada uçuşdu – VİDEO

Omskda Ozon-un nəhəng logistika mərkəzi də dron hücumuna məruz qalıb - YENİLƏNİB - VİDEO

Omskda Ozon-un nəhəng logistika mərkəzi də dron hücumuna məruz qalıb - YENİLƏNİB - VİDEO

Zelenski Putinin razılaşdığı iddia edilən sülh planını niyə rədd edib? – sensasion araşdırma

Zelenski Putinin razılaşdığı iddia edilən sülh planını niyə rədd edib? – sensasion araşdırma

Brüsseldə etirazçılar küçələrdə barrikadalar qurmağa başlayıblar - VİDEO

Brüsseldə etirazçılar küçələrdə barrikadalar qurmağa başlayıblar - VİDEO

Küçədə 19 yaşlı tələbə qızı döyən şəxs saxlanılıb - VİDEO

Küçədə 19 yaşlı tələbə qızı döyən şəxs saxlanılıb - VİDEO

Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Qazın qiymətində REKORD – Daha da bahalaşacaq?

Qazın qiymətində REKORD – Daha da bahalaşacaq?

FIFA prezidenti Azərbaycana təşəkkür edib - FOTO

FIFA prezidenti Azərbaycana təşəkkür edib - FOTO

Məşhur türkiyəli müğənni Nev vəfat edib

Məşhur türkiyəli müğənni Nev vəfat edib

Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər

Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

End of content

No more pages to load

RADİO