İdman
Bu gün 19:30

Türkiyənin Əskişəhər şəhərində yoldan keçən 19 yaşlı universitet tələbəsi naməlum şəxsin hücumuna məruz qalıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Tepebaşı rayonunda baş verib.
Ətrafdakı insanlara və nəqliyyat vasitələrinə də hücum etdiyi iddia edilən şübhəli gənc qıza yumruq vuraraq onu yerə yıxıb.
Hadisə nəticəsində xəsarət alan tələbənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
Polis əməkdaşları şübhəlini saxlayaraq nəzarətə götürüblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media