Dünya
Bu gün 18:40

Türkiyəli müğənni Nev 57 yaşında vəfat edib.
Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, qaraciyər xəstəliyindən müalicə alan sənətçi sentyabrın 3-də evində huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib.
Vəziyyəti ağırlaşan müğənni ikinci dəfə süni tənəffüs aparatına qoşulub.
Sənətçinin vəfat etdiyini meneceri İlker Ercan açıqlayıb.
Bizim.Media