Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər

Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mobil nömrələr istifadədən çıxarıldıqdan sonra başqa şəxslərə verildikdə əvvəlki sahibin bank və sosial şəbəkə hesabları üçün təhlükəsizlik riski yarana bilər. Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında bu məsələni qaldıraraq istifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması zamanı əlavə təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

Mobil nömrələrin yenidən dövriyyəyə buraxılması zamanı şəxsi məlumatların və elektron hesabların təhlükəsizliyini qorumaq üçün hansı mexanizmlər tətbiq edilməlidir?

Bizim.Media 
Globalinfo.az-a istinadən xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, mobil nömrənin yenidən başqa şəxsə verilməsi adi texniki proses kimi görünür, amma əslində bunun arxasında ciddi rəqəmsal təhlükəsizlik riski var:

“Çünki bu gün telefon nömrəsi bank hesabının, sosial şəbəkənin, messencerin, elektron poçtun və bir çox xidmətin bərpa açarı kimi istifadə olunur. Problem o zaman yaranır ki, əvvəlki abonent nömrəni hesablarından çıxarmadan ondan imtina edir. Sonra həmin nömrə yeni şəxsə verilir və bu adam köhnə sahibə aid təsdiq sms-ləri, hesab bərpa kodları və digər bildirişləri ala bilər. Mən deyərdim ki, bu xüsusilə yalnız sms üzərindən hesab bərpası olan platformalarda təhlükəli vəziyyətdir”.

Mütəxəssisin fikrincə, bu məsələdə ən vacib addımlardan biri nömrənin dərhal yenidən satışa çıxarılmamasıdır:

“Müəyyən bir karantin müddəti olmalıdır. Yəni nömrə bir müddət passiv saxlanmalı, sonra yenidən dövriyyəyə buraxılmalıdır. Bu, əvvəlki sahibə hesablarındakı nömrəni dəyişmək üçün vaxt qazandırar. Amma təkcə operatorun tədbiri kifayət deyil. Banklar və digər rəqəmsal xidmətlər də telefon nömrəsinə həddindən artıq güvənməməlidir.

Hesab bərpasında sms kodu ilə yanaşı biometrik təsdiq, cihaz tanıma, əlavə pin və ya başqa təhlükəsizlik mərhələsi olmalıdır. Yəni yeni nömrə sahibi sadəcə sms aldığı üçün köhnə sahibin hesabına çıxış əldə edə bilməməlidir”.

E.Həsənov hesab edir ki, ən doğru həll operatorlar, banklar və böyük rəqəmsal platformalar arasında texniki məlumat mübadiləsinin qurulmasıdır:

“Nömrənin sahibi dəyişəndə sistem bunu kritik xidmətlərə bildirə bilər və həmin nömrə ilə hesab bərpası avtomatik əlavə yoxlamaya yönləndirilə bilər. Vətəndaşların da bu məsələdə diqqətli olması vacibdir.

Nömrədən imtina etməzdən əvvəl bank, whatsapp, telegram, e-poçt və sosial şəbəkələrdə əlaqə nömrəsi dəyişdirilməlidir. Çünki problem çox vaxt illər əvvəl açılmış və artıq unudulmuş hesablardan başlayır.

Sadə dildə desək telefon nömrəsi artıq sadəcə rabitə vasitəsi deyil, rəqəmsal şəxsiyyətin bir hissəsidir. Ona görə də nömrənin sahibi dəyişirsə, təhlükəsizlik baxımından köhnə sahibə bağlı bütün kritik əlaqələr də ya silinməli, ya da əlavə yoxlamaya keçirilməlidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Brüsseldə etirazçılar küçələrdə barrikadalar qurmağa başlayıblar - VİDEO

Brüsseldə etirazçılar küçələrdə barrikadalar qurmağa başlayıblar - VİDEO

Küçədə 19 yaşlı tələbə qızı döyən şəxs saxlanılıb - VİDEO

Küçədə 19 yaşlı tələbə qızı döyən şəxs saxlanılıb - VİDEO

Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Telefonunuzun kamerası sizi gizlicə izləyə bilər? Keçmiş CIA əməkdaşından ŞOK AÇIQLAMA

Rusiyada kimya zavodu vurulub - VİDEO

Rusiyada kimya zavodu vurulub - VİDEO

Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Qazın qiymətində REKORD – Daha da bahalaşacaq?

Qazın qiymətində REKORD – Daha da bahalaşacaq?

FIFA prezidenti Azərbaycana təşəkkür edib - FOTO

FIFA prezidenti Azərbaycana təşəkkür edib - FOTO

Məşhur türkiyəli müğənni Nev vəfat edib

Məşhur türkiyəli müğənni Nev vəfat edib

Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər

Mobil nömrəsini dəyişənlərə XƏBƏRDARLIQ: Bank hesabınız ələ keçirilə bilər

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

End of content

No more pages to load

RADİO