Cəmiyyət
Bu gün 20:18

Lənkəranda 57 yaşlı kişinin ölümü ilə nəticələnən hadisə baş verib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ürgə kəndi ərazisindən axan Viravul çayında qeydə alınıb.
Liman şəhər sakini, 1969-cu il təvəllüdlü Fizuli Həsənov çayda balıq tutduğu vaxt naməlum səbəbdən vəfat edib. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Məlumata görə, hadisə yerinin yaxınlığından yüksək gərginlikli elektrik xətləri keçir. Bu amilin ölümə səbəb ola biləcəyi ehtimal olunur.
Ölümün hansı şəraitdə baş verdiyi ekspertiza nəticəsində dəqiqləşdiriləcək.
Hadisə ilə bağlı araşdırma davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu