Prezident misirli həmkarını D-8-in yüksək səviyyədə təşkilinə görə TƏBRİK ETDİ

Prezident misirli həmkarını D-8-in yüksək səviyyədə təşkilinə görə TƏBRİK ETDİ
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə məktub ünvanlayıb.


Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:


“Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə Misir Ərəb Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi Azərbaycanın təşkilata üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.


Hörmətli cənab Prezident,

Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Misir münasibətlərinin və əməkdaşlığının hazırkı səviyyəsi məmnunluq doğurur. Keçən ilin əvvəlində Sizin Azərbaycana, cari ilin iyununda isə mənim Misirə səfərim dövlətlərarası əlaqələrimizin tarixində yeni mərhələnin əsasını qoymuşdu.


İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.


Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya və Ukrayna arasında müharibə hələ illərlə uzana bilər - Təhlil

Rusiya və Ukrayna arasında müharibə hələ illərlə uzana bilər - Təhlil

Qadın avtomobillə supermarketə girdi, rəfləri dağıtdı - VİDEO

Qadın avtomobillə supermarketə girdi, rəfləri dağıtdı - VİDEO

ABŞ-dən Səudiyyə Ərəbistanına səfərlə bağlı yeni xəbərdarlıq: Təhlükə artır

ABŞ-dən Səudiyyə Ərəbistanına səfərlə bağlı yeni xəbərdarlıq: Təhlükə artır

Pezeşkiyandan ABŞ-aSƏRT REAKSİYA: hər şeyi korladılar

Pezeşkiyandan ABŞ-aSƏRT REAKSİYA: hər şeyi korladılar

Sabah bu şəxslərin həyatında gözlənilməz dəyişikliklər başlayır

Sabah bu şəxslərin həyatında gözlənilməz dəyişikliklər başlayır

Avropada 6 ayda 50-dən çox hibrid hücum - Rusiya ilə Belarus ittiham olunur - FOTO

Avropada 6 ayda 50-dən çox hibrid hücum - Rusiya ilə Belarus ittiham olunur - FOTO

Uşaqlar üçün cazibədar təhlükə: ciddi problemlər yarada bilər

Uşaqlar üçün cazibədar təhlükə: ciddi problemlər yarada bilər

Dünya çempionatı: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

Türkiyədə mədən faciəsi ilə bağlı 3 nəfər həbs edildi

Türkiyədə mədən faciəsi ilə bağlı 3 nəfər həbs edildi

Goranboyda AĞIR QƏZA: ölən var - FOTO

Goranboyda AĞIR QƏZA: ölən var - FOTO

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Zelenski hərbi vəziyyətin müddətini uzatmağı TƏKLİF EDƏCƏK

Zelenski hərbi vəziyyətin müddətini uzatmağı TƏKLİF EDƏCƏK

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Güllünün qətli ilə bağlı məhkəmə qərarı açıqlandı - Qızı ömürlük həbs edilir

Güllünün qətli ilə bağlı məhkəmə qərarı açıqlandı - Qızı ömürlük həbs edilir

Bir nənənin üç nəvəsi, Avropanın faciəsi

Bir nənənin üç nəvəsi, Avropanın faciəsi

Tiranada etirazçılar Ətraf Mühit Nazirliyinin binasını yandırıb - VİDEO

Tiranada etirazçılar Ətraf Mühit Nazirliyinin binasını yandırıb - VİDEO

Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı - DTX-dən əməliyyat

Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı - DTX-dən əməliyyat

Bakıdakı kütləvi davada qətli törədən deputatın oğlu olmayıb

Bakıdakı kütləvi davada qətli törədən deputatın oğlu olmayıb

Türkiyə Cəfərilərinin lideri – “Azərbaycanı hədəf alanların özləri İsrailə xidmət edir” – VİDEO

Türkiyə Cəfərilərinin lideri – “Azərbaycanı hədəf alanların özləri İsrailə xidmət edir” – VİDEO

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib

Kafedəki qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir? - RƏY

Kafedəki qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir? - RƏY

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib – 3 nəfər saxlanılıb

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib – 3 nəfər saxlanılıb

Çayda balıq tutmağa getdi, meyiti tapıldı – Lənkəranda müəmmalı ölüm

Çayda balıq tutmağa getdi, meyiti tapıldı – Lənkəranda müəmmalı ölüm

End of content

No more pages to load

RADİO