Dünya
Bu gün 22:30

İran Prezidenti Məsud Pezeşkiyan ABŞ-ı iki ölkə arasında aparılan müvəqqəti anlaşma prosesini pozmaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, Pezeşkiyan İran dövlət televiziyasında yayımlanan çıxışında tərəflər danışıqlar apararkən prosesin qarşısının alındığını bildirib.
O, buna baxmayaraq, İran və ABŞ-ın yenidən danışıqlar masasına qayıdaraq razılaşmanı tamamlamalı olduğunu deyib.
İran lideri danışıqların pozulmasına görə Vaşinqtonu məsul tutsa da, razılaşmanın əldə olunması üçün yeni cəhdlərin edilməsinin vacibliyini vurğulayıb.
Bizim.Media