Cəmiyyət
Bu gün 21:23

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Changan" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)


Bizim.Media