Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib.

Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər. Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub.

Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib. Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib.
 

Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib. Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boccia üzrə milli komandanın üzvləri ilə görüşüb.


Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.

Təlim kursunda olan gənclər “İnnabı” rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər. Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.














































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

End of content

No more pages to load

RADİO