Gələn il ictimai nəqliyyatla bağlı hansı yeniliklər TƏTBİQ OLUNACAQ?

Gələn il büdcədən ictimai nəqliyyatla bağlı islahatlara 150 milyon manatın ayrılması planlaşdırılıb.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tramvayların istifadəyə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA


Verilən məlumata görə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur.

Bəs, bu subsidiya ictimai nəqliyyatda nələri dəyişdirə bilər?

Suala nəqliyyat məsələləri üzr ekspert Yasin Mustafa aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hələlik bu layihədir:

“Bu sahəyə ayrılacaq vəsaitin dəqiq həcmi büdcə qəbul edildikdən sonra bilinəcək. Amma unutmayaq ki, nəqliyyat sektoru hər zaman dövlət dotasiyasında olub. Əgər biz lüks xidmət istəyiriksə mütləqdir ki, bu sahəyə böyük pullar ayrılsın. Bu pullarsa ya qiymət artımından formalaşmalıdır, ya da dövlət dəstək verməlidir. Təbii ki, ictimai nəqliyyatda qiymətlərin qalxmasını heç kim istəmir. Bununla belə yeni avtobuslar alınmalıdır, xidmət daha da təkmilləşdirilməlidir. Ona görə də ikinci variantın üstündə dayanmaq daha doğru olar”.

Müsahibimiz başqa bir vacib məqama da toxunub:

“İctimai nəqliyyatın dövlət himayəsində olması məqsədəuyğun deyil. Çünki biz bazar münasibətlərini seçmişik. Biz sosializm quruluşundan ona görə imtina etdik ki, ümumiçilik hər zaman inkişafı tormozlayır. Xüsusilikidə isə inkişaf var. Çünki xüsusi mülkiyyət yerində saymağı xoşlamır, hər zaman inkişaf yolları axtarır. Sağlam rəqabət olduğu zamansa inkişaf qaçılmaz olur. Bu mənada, avtonəqliyyatın yenidən dövlət nəzarətinə verilməsi arzulanan deyil.

Amma dövlətin məqsədyönlü yardımı bu sahənin inkişafına çox güclü təsir edə bilər. Ona görə də 2025-ci ilin büdcə layihəsində nəzərdə tutulan yardımlardan səmərəli istifadə çox şeyi dəyişə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

Şərur rayonunda qaz KƏSİLDİ

Şərur rayonunda qaz KƏSİLDİ

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?

Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?

Avropa Liqasında finalçılar MƏLUM OLDU

Avropa Liqasında finalçılar MƏLUM OLDU

Bu şəxslərə 700 manat birdəfəlik müavinət ÖDƏNİLDİ

Bu şəxslərə 700 manat birdəfəlik müavinət ÖDƏNİLDİ

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Gəncədə qanunsuz inşa olunan tikililər söküldü – FOTO/VİDEO

Gəncədə qanunsuz inşa olunan tikililər söküldü – FOTO/VİDEO

Ötən il həbs olunan insan alverçilərinin sayı AÇIQLANDI

Ötən il həbs olunan insan alverçilərinin sayı AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO