Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə TƏDBİR KEÇİRİLDİ - FOTO

Noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər Xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib məzarları üzərinə gül dəstələri qoyublar.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, daha sonra Baş Prokurorluğun inzibati binasında Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub və “8 noyabr Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib.
 

Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirildikdən sonra, Baş prokuror Kamran Əliyev çıxış edib.


Prokurorluq əməkdaşlarını və xalqımızı “8 Noyabr – Zəfər Günü” münasibətilə təbrik edən Baş prokuror tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli siyasətçi Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən bəhs edib.

Qeyd edilib ki, Ulu öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadiq qalan Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə sahib, iqtisadi və siyasi sferada sadiq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.

Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və “44 günlük Vətən müharibəsi” nəticəsində işğal altında olmuş torpaqlarımızın böyük hissəsi azad edilməklə yanaşı Ermənistan Respublikasının məğlub tərəf qismində Üç tərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb.

Ermənistan Respublikasının təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin edilib.

Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.

Eyni zamanda Baş prokuror “44 günlük Vətən müharibəsi” və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının “I Qarabağ” və “44 günülük Vətən” müharibələri zamanı bilavasitə döyüşlərdə iştirak etməsini, hətta şəhid prokurorluq əməkdaşlarının olduğunu, habelə “44 günlük Vətən” müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə həmçinin, Prokurorluğun veteranı - Böyükağa Panəliyev, Vətən müharibəsi iştirakçısı – Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı çıxış edib.

Sonda isə “Səbrin sonu” adlı sənədli film nümayiş etdirilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Avqustda pulu tükənməyəcək bürclər

Avqustda pulu tükənməyəcək bürclər

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

End of content

No more pages to load

RADİO