Oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti yayıb.
Qeyd edilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs(lər)in saxlanılması istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.
Bizim.Media