Naxçıvanda erkən evliliyin QARŞISI ALINDI

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hüquqi və psixoloji baxımdan yetkinlik yaşına çatmamış şəxslərin erkən nikaha cəlb edilmələrinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, erkən nikahın təhlükələri, psixoloji və fiziki sağlamlığa təsirləri barədə aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq 2024-cü il ərzində 5-i Şərur, 1-i Kəngərli və 2-si də Babək rayonunda olmaqla, ümumilikdə 8 erkən nikaha cəhd edilib və hər bir cəhdin qarşısı alınıb.

Sonuncu dəfə isə 18 oktyabr 2024-cü il tarixdə Babək rayonunda erkən evliliyə cəhd edilib.

Belə ki, Babək rayon Kərimbəyli kənd sakini 23 avqust 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Z.L-nin (ad və soyad şərtidir) 10 oktyabr 1996-cı il təvəllüdlü Babək rayon Qahab kənd sakini T.M. (ad və soyad şərtidir) ilə 18 oktyabr tarixində toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib. Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Babək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
 

Tərəflərin valideynlərinin və yaxın qohumlarının aqressiya nümayiş etdirmələrinə baxmayaraq aid təşkilatların nümayəndələrinin səyi nəticəsində yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyinin qarşısı alınıb.


Bildirilir ki, restoran və şadlıq sarayı sahiblərinin qazanc naminə yetkinlik yaşına çatmayanların toy mərasimlərinin keçirilməsinə şərait yaratmaları onların gələcəkdə hüquqi baxımdan məsuliyyət daşımalarına səbəb olacaq və müvafiq dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Avqustda pulu tükənməyəcək bürclər

Avqustda pulu tükənməyəcək bürclər

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

End of content

No more pages to load

RADİO