İndoneziya Prezidenti səlahiyyətlərinin icrasına başladı

İndoneziyada fevralda keçirilmiş prezident seçkilərinin qalibi olmuş Prabovo Subianto səlahiyyətlərinin icrasına başlayıb.

Bizim.Media xəbər verir ki, oktyabrın 20-də paytaxt Cakartada parlament binasında Prabovo Subiantonun andiçmə mərasimi olub. O, İndoneziyanın 8-ci prezidentidir. Sabiq prezident Coko Vidodonun oğlu Gibran Rakabuminq Raka vitse-prezident kimi and içib.
 

Dövlət başçısı andiçmə mərasimindəki nitqi zamanı xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutacağını, ölkənin zəngin təbii ehtiyatlarından istifadə etməklə iqtisadi inkişafı yüksəltməyə çalışacağını deyib. O, İndoneziyanın heç bir hərbi bloka qoşulmama siyasətini davam etdirəcəyini, bütün ölkələrlə dostluğu qoruyub saxlayacağını söyləyib.


Prezident Prabovo Subianto hökumətin yeni tərkibini oktyabrın 21-də elan edəcək. Güman olunur ki, sabiq prezident Coko Vidodonun kabinetindəki nazirlərin çoxu yeni hökumətdə də yer alacaqlar.

Qeyd edək ki, sabiq müdafiə naziri Prabovo Subianto fevralın 14-də keçirilmiş prezident seçkilərində 60 faizlik səslə qalib olub.

Prabovo Subianto İndoneziya Milli Hərbi Akademiyasını bitirib. 1995-1998-ci illərdə Əlahiddə Ümumqoşunlara, 1998-ci ildə isə Quru Qoşunlarının Strateji Ehtiyat Qüvvələrinə komandanlıq edib. 2008-ci ildə Böyük İndoneziya Hərəkatını təsis edən Prabovo Subianto 2014 və 2019-cu illərdə prezidentliyə namizədliyini irəli sürsə də, hər iki seçkidə Coko Vidodoya məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adi ağ çörəyə ispanaq əlavə etdilər – orqanizmdə gözlənilməz dəyişiklik yarandı

Adi ağ çörəyə ispanaq əlavə etdilər – orqanizmdə gözlənilməz dəyişiklik yarandı

Bəzi insanlar öz evlərinin belə yolu tapa bilmirlər – Səbəbləri

Bəzi insanlar öz evlərinin belə yolu tapa bilmirlər – Səbəbləri

“Blogerlər tələbəyə nə öyrədəcək?” - Aparıcı universitetlərə səsləndi - VİDEO

“Blogerlər tələbəyə nə öyrədəcək?” - Aparıcı universitetlərə səsləndi - VİDEO

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Uşaqların ekrana baxma müddəti ilə bağlı yeni araşdırma

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Alimlər “bu mənim xasiyyətimdir” düşüncəsini şübhə altına alıb - Araşdırma

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Məşhur Türkiyə aktrisası nişanlandı - Foto

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü aşkarlandı

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Somalidə quldurların ələ keçirdiyi gəmi azad edildi – 14 quldur öldürüldü

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır - VİDEO

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Azər Qəribovun oğlu nişanlandı - Video

Azər Qəribovun oğlu nişanlandı - Video

Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT! Ürəyiniz üçün ciddi risk var

Gecə 6 saatdan az yatırsınızsa, DİQQƏT! Ürəyiniz üçün ciddi risk var

Tramp CNN-ə sərt sözlər dedi – rəhbərliyə dəyişiklik təklif etdi

Tramp CNN-ə sərt sözlər dedi – rəhbərliyə dəyişiklik təklif etdi

Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO

Döyüşdə yaralanan qazi əlillik ala bilmir: Xəstəxana ilə QALMAQAL – VİDEO

Xalq artisti Bakıda Rihanna ilə eyni səhnədə - Fotolar

Xalq artisti Bakıda Rihanna ilə eyni səhnədə - Fotolar

Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir

Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir

Pilləkənlə qalxmaq ürək xəstəliklərindən ölüm riskini azalda bilər – araşdırma

Pilləkənlə qalxmaq ürək xəstəliklərindən ölüm riskini azalda bilər – araşdırma

Bakıda obyektdə yanğın baş verib - FOTO

Bakıda obyektdə yanğın baş verib - FOTO

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

End of content

No more pages to load

RADİO